image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-f45530c9-5cd8-46c4-a0b8-04bb7b428dcf_rmdbzi805cf4

COP29-a ev sahibliyi etməkdən qürur duyduq

image-legitimaz-810x90

COP29-a ev sahibliyi etməkdən qürur duyduq

Ötən il iqlim fəaliyyəti, yaşıl keçid və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə olunmuş COP29-a ev sahibliyi etməkdən qürur duyduq. COP29-un ev sahibi kimi bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməklə, iddialı və balanslı nəticələrə yönəlmiş danışıqlara rəhbərlik etdik. COP29-a ev sahibliyi edən Azərbaycanın bütün səslərin eşidildiyi, perspektivlərin nəzərdən keçirildiyi və inklüziv nəticələrin təmin edilməsi üçün birgə səylərin səfərbər olunduğu inklüziv mühitin yaradılmasına sadiqlik nümayiş etdirdi. 2024-cü ildə Bakıda keçirilən COP29 konfransı Azərbaycanın iqlim siyasətinin və qlobal səylərinin təqdim edilməsi baxımından çox mühüm tədbir oldu. Konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyev iqlim dəyişikliyinin qlobal miqyasda artan təhdidlərinə qarşı ölkənin apardığı mübarizəni təqdim etdi və bu sahədə beynəlxalq əməkdaşlığı daha da gücləndirmək üçün çağırışlar etdi. Bu çağırışlar Azərbaycanın dünya miqyasında iqlim dəyişikliyi məsələlərinə verdiyi önəmin bir göstəricisidir.

Konfransda Azərbaycanın daha bir əsas mesajı iqlim dəyişikliyi ilə mübarizənin yalnız dövlətlərarası deyil, həm də hər bir fərdin məsuliyyəti olması ilə bağlıdır. Bu, birgə fəaliyyət, həmrəylik və qlobal bərabərlik tələb edən bir çağırışdır. İqlim dəyişikliyi ilə mübarizə yalnız iqlim və ekologiya məsələsi deyil, həm də sosial ədalət və insan hüquqları məsələsidir. Bu səbəbdən, COP29-da verilən çağırışlardan biri də “Yaşıl dünya naminə həmrəy olaq” mesajı idi ki, həmin çağırış iqlim dəyişikliyi ilə mübarizənin hər kəsin birgə səyi ilə həll olunmasının vacibliyini vurğulayır.

COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi. İqlim dəyişikliyinə məruz qalan həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı.  Ölkəmiz iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq etmiş ölkələrin hər biri üçün məqbul olacaq təkliflər vermişdir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Bununla belə, ölkəmizin alternativ enerji potensialı da yüksək dəyərləndirilir. COP29 kimi qlobal miqyaslı tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi bir daha təsdiqləyir ki, dünya birliyi ölkəmizə və onun Liderinə inanaraq böyük etmad göstərir.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı Ehtiram Osmanov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki