Cibuti nümayəndə heyəti “ASAN xidmət” də
Cibuti Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Baş katibi səfir Məhəmməd Əli Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
”Xeberaz.info” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib.
Hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Qonaqlar öz növbəsində “ASAN xidmət” modelinin onlarda yüksək təəssürat yaratdığını bildiriblər və bu təcrübənin Cibuti tərəfi üçün faydalı ola biləcəyini qeyd ediblər.
Nümayəndə heyətinə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.