image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20251020-wa0012

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN MÜSAHİBƏSİ AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNDƏ BALANSLI VƏ ÇOXŞAXƏLİ YANAŞMANI NÜMAYİŞ ETDİRİR

image-legitimaz-810x90

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN MÜSAHİBƏSİ AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNDƏ BALANSLI VƏ ÇOXŞAXƏLİ YANAŞMANI NÜMAYİŞ ETDİRİR.

 

Son vaxtlarda ölkə baçısı cənab İlham Əliyev dünyanın bir sıra informasiya agentliklərinə çoxsaylı müsahibələr verib. Azərbaycanın bölgədə aparıcı mövqe tutması, cənab Prezident İlham Əliyevin qalib sərkərdə və uğurlu iqtisadi siyasət aparan dövlət rəhbəri kimi tanınması tanınmış KİV-lərin müsahibələrlə bağlı müraciətlərini də artırıb. Cənab Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir. Tarixi torpaqların bərpası, regionda davamlı sülhün təmin edilməsi, strateji nəqliyyat layihələrinin təşviqi və beynəlxalq vasitəçilik missiyasının icrası. Bu, Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, həm də Yaxın Şərq və Mərkəzi Asiyada təsir gücünü artıran məqsədyönlü xarici siyasətinin çox yüksək səviyyədə və uğurlu təzahürüdür. Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi regional geosiyasi reallıqların formalaşmasına mühüm təsir göstərdiyi kimi, Türk Dövlətləri Təşkilatı da ölkələrimiz arasında münasibətlərin güclənməsində və şaxələnməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibəsində TDT-nin ölkələrimiz arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma olduğunu xüsusi qeyd etdi. Bu təşəbbüslər yalnız ikitərəfli deyil, həm də bütün Türk dünyasının birliyinin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan və Qazaxıstanın TDT çərçivəsindəki əməkdaşlığı həm strateji, həm də mədəni aspektlərdə əhəmiyyətli nəticələr verir. Son illərdə Şuşada və Qəbələdə keçirilmiş Zirvə Görüşləri ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın səmərəli şəkildə inkişaf etdiyini göstərir. Bu görüşlər nəticəsində imzalanmış bəyannamələr Türk dünyasının siyasi, iqtisadi və mədəni gücünün artırılmasına, eyni zamanda beynəlxalq səviyyədə təsirinin genişlənməsinə töhfə verir. Ötən onilliklər ərzində Azərbaycan və Qazaxıstan arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub. Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır, həmçinin regional ekoloji məsələləri geniş şəkildə əhatə edir. Cənab Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, Azərbaycan-Qazaxıstan münasibətləri yüksək dərəcədə möhkəmdir və qarşılıqlı etimada əsaslanır. Tarixi qardaşlıq, ortaq türk kimliyi, mədəni ənənələr və mənəvi dəyərlər iki ölkənin siyasətində strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin təməlini qoyub. Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan-Qazaxıstan əlaqələrinin dinamik inkişafı regional sabitliyin təmin olunması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu illər ərzində ölkələrimiz arasında münasibətlərin möhkəm hüquqi bazası formalaşdırılıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə ölkələrimizin əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub. Ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Ölkələrimiz Türk Dövlətləri Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində də ortaq mövqelərini ardıcıl şəkildə müdafiə edir, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, mədəni inteqrasiya sahələrində bir-birinə dəstək göstərir. Bu əməkdaşlıq həm ikitərəfli münasibətləri gücləndirir, həm də regionda yeni geosiyasi və iqtisadi sinerji yaradır.
Bu gün Azərbaycan-Qazaxıstan əlaqələrinin əsas xüsusiyyətlərindən biri də çoxtərəfli formatlarda — Türk Dövlətləri Təşkilatı, BMT, İƏT və digər beynəlxalq platformalarda sıx əməkdaşlıqdır. Hər iki ölkə beynəlxalq arenada bir-birini dəstəkləyir, regional təhlükəsizlik, enerji və nəqliyyat layihələrinin təşviqində birgə addımlar atır. Xüsusilə Türk dünyasının inteqrasiyası prosesində Azərbaycan və Qazaxıstanın rolu həlledicidir. Əminliklə demək olar ki, iki ölkə arasında qarşılıqlı hörmətə və sarsılmaz etimada əsaslanan bu müttəfiqlik gələcəkdə regionun siyasi və iqtisadi arxitekturasına mühüm təsir göstərəcək. Astanada keçiriləcək Ali Dövlətlərarası Şuranın növbəti iclası isə Azərbaycan–Qazaxıstan əlaqələrinin strateji xarakterini daha da gücləndirəcək və münasibətləri yeni səviyyəyə yüksəldəcək. Cənab Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərdi ki, Azərbaycan–Qazaxıstan münasibətləri sıradan diplomatik əlaqələr deyil – bu, tarixi qardaşlıq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq üzərində qurulmuş, türk dünyasının gələcəyinə yönəlmiş bir modeldir. Bu münasibətlər təkcə iki ölkənin deyil, bütün Türk coğrafiyasının siyasi, iqtisadi və mədəni gücünün möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Qazaxıstan bu gün Orta Dəhlizdə, TDT çərçivəsində, Xəzər dənizinin qorunmasında və enerji təhlükəsizliyində bir-birini tamamlayan iki sütun kimi dayanır. Elə bu səbəbdən də cənab Prezident İlham Əliyevin dediyi kimi, “Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki