image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-azerb-1634186056

Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq

image-legitimaz-810x90

Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq

2020-ci ilin payızında Azərbaycan xalqı tarixinin ən şanlı və qürurverici səhifələrindən birini yazdı. 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etdi. Cəmi 44 gün ərzində düşmən məğlubiyyətə uğradıldı, kapitulyasiya aktına imza atmağa məcbur oldu və müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. Uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalması və cəbhə xəttində baş verən təxribatlar 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatların başlanmasına səbəb oldu. Azərbaycan Ordusu yüksək peşəkarlıq, güclü texniki təminat və möhkəm iradə nümayiş etdirərək əks-hücum əməliyyatına başladı. Döyüşlər əsasən Qarabağ bölgəsində və ətraf rayonlarda aparılırdı. Qısa müddət ərzində bir sıra strateji yüksəkliklər və yaşayış məntəqələri azad edildi. Xüsusilə Şuşa şəhərinin azad olunması müharibənin taleyini həll edən mühüm hadisə oldu. Şuşanın azad edilməsi həm hərbi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. 44 günlük müharibə Azərbaycan Ordusunun gücünü və müasir döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Müasir texnologiyaların tətbiqi, düzgün strategiya və yüksək ruh yüksəkliyi qələbəni şərtləndirən əsas amillər idi.

Bu müharibədə xalq–ordu birliyi xüsusi rol oynadı. Azərbaycan xalqı öz ordusuna arxa-dayaq oldu, maddi və mənəvi dəstəyini əsirgəmədi. Cəbhədə döyüşən əsgərlər isə böyük qəhrəmanlıq və fədakarlıq göstərərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində qarşı tərəf ağır məğlubiyyətə uğradı. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanatla müharibə dayandırıldı. Bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası kimi qiymətləndirildi. Bəyanata əsasən, işğal altında qalan digər rayonlar da Azərbaycana qaytarıldı və bölgədə yeni reallıq yarandı. Beləliklə, 44 gün ərzində Azərbaycan öz ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi və tarixi ədaləti təmin etdi. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu qələbə dövlətimizin gücünü, ordumuzun qüdrətini və xalqımızın birliyini dünyaya göstərdi.Bu gün Azərbaycan xalqı 44 günlük müharibəni böyük qürurla xatırlayır. Qazanılmış qələbə şəhidlərimizin qanı və qazilərimizin şücaəti bahasına əldə edilmişdir. Onların xatirəsi daim uca tutulur və bu zəfər tariximizin ən parlaq səhifələrindən biri kimi qalacaqdır.

Zərdab şəhər məktəb-liseyin tədris işləri üzrə direktor müavini Şəhla Eminova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki