image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-23e43cea-b459-402a-8034-014d7de9b811

Çek sahiblərindən YAP ağsaqqalları və ziyalılara MÜRACİƏT

image-legitimaz-810x90

Ulu Öndər Heydər Əliyev tərəfindən qanunla verilmiş Özəlləşdirmə Paylarını (Çeklərini) – Miras Əmlak Paylarını satmayıb ümidlə saxlayan ailələr bütün ziyalılara müraciət edərək bəzi məmurlara qarşı təcili cinayət işi açılmasını – KORRUPSİYA və XALQA QARŞI düşmənçiliyə son qoyulmasına yardımçı olmağınızı xahiş edir.

Xeberaz.info xəbər verir ki, son illərdə 30-dan çox deputat, onlarla hüquqşünas, alim və iqtisadçı alimlər, YAP ağsaqqalları və hüquqşünasları, yüzlərlə ziyalılar xalqa qarşı olan bu haqsızlıqlar barədə mətbuatdan və Youtube kanallarından müraciətlər ediblər. Ancaq cənab Prezidentə birbaşa çıxışları olan nə Milli Məclis üzvləri, nə də Prezident Aparatının məmurları cənab Prezidentə düzgün və tam məlumat vermirlər.

Bütün ziyalılardan bu müraciətə əlavə olunan Dövlət orqanlarının Rəsmi Dövlət Sənədlərini və bəzi məmurlar tərəfindən böhtan, cinayət xarakterli hüquq pozuntularını diqqətlə oxumaq – cənab Prezidentə və Xalqa qarşı düşmənçiliyə son qoyulması üçün bəzi məmurlara və bəzi hakimlərə qarşı cinayət işi açılmasını, hüquqşünasların və hakimlərin hüquqi səhvlərinin aradan qaldırılmasının təmin edilməsi üçün xalqa yardımçı olması xahiş olunur. Oliqarx məmurların bu hərəkətləri Prezidentə qarşı sadə böhtan deyil. Konstitusiya və Qanunlara əsasən mülkiyyət hüququna Cənab Prezidentin də öz Fərmanında yazdığı kimi, Qanunvericiliklə qoyulmuş qaydalar – yəni ancaq Qanunda göstərilən qaydalara əsasən xitam vermək olar. Lakin oliqarx məmurlar 01.01.2011-ci ildən sonra Cənab Prezidentin Fərmanını – Konstitusiya və Qanunların qoyduğu qaydada İCRA ETMƏDİLƏR. İndi isə “Cənab Prezident öz Fərmanı ilə Dövlət Özəlləşdirmə Paylarını dövriyyədən çıxarıb” – deyərək bilə-bilə qəsdən Cənab Prezidentə böhtan atırlar. Bu isə Qanunla korrupsiya cinayətidir. Həmin məmurlar bəzi hakimlər vasitəsilə bu cinayəti Cənab Prezidentin üstünə atmaq istəyirlər.

Hətta əldə etdiyimiz məlumatlara görə, Prezident Aparatında da çalışan bəzi məmurlar bu məsələ ilə bağlı Məhkəmələrə, işə baxan hakimlərə təzyiq də göstəriblər. Hesab edirik ki, bu durum onların Cənab Prezidentə olan düşmənçiliyindən və dövlət xəyanətindən də xəbər verir. Artıq 6 aydır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında 2-1(102)-1781/2025 saylı iş üzrə icraat aparılır. Biz inanırıq ki, Ali Məhkəmə özü bu iş üzrə obyektiv araşdırma apararaq qanuni və əsaslı, ən mühümü ƏDALƏTLİ Qərar qəbul edəcək. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin verdiyi şifahi-yalan məlumat əsasında “Cənab Prezidentin özəlləşdirmə çeklərini fərmanla dövriyyədən çıxardığını qəbul edən”, bu yalan məlumata Konstitusiya və Qanunlara zidd olaraq hüquqi qüvvə vermək istəyənlər və Cənab Prezidentin fərmanını öz istədikləri kimi yozan hakim və məmurlar – CİNAYƏT EDƏRƏK qəbuledilməz hüquq pozuntusu törədirlər. Məlum olduğu kimi, mülkiyyət hüququna qanundan aşağı qanunvericilik aktı ilə xitam verilməsi qəbuledilməzdir. Bu hal qanunvericiliklə Korrupsiya Cinayəti hesab olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının başqa bir vətəndaşın 2-1(102)-581/2023 saylı işi üzrə qəbul etdiyi 17.03.2023-cü il qərarının 10-cu bəndində deyilir ki, “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədavüldə olma müddəti – 2011-ci il yanvar ayının 1-dək müəyyənləşdirilmişdir. Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmamış, ən azından, hazırkı günə bununla bağlı hər hansı bir qanunvericilik aktı mövcud deyil. Beləliklə də konkret halda, iddiaçı ona (ailəsinə) verilmiş özəlləşdirmə paylarından (çeklərindən) 2011-ci ilin yanvar ayının 1-dək istifadə etmək hüquqlarından istifadə etməmiş, bu imkanını qaçırmış, hətta həmin vaxtdan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən olunan 10 illik iddia müddəti də keçmişdir. İddiaçı qeyd olunanları bilməli olduğu halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini özündə saxlamış, mübahisələndirilən prosedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüququnu itirdiyi halda, əlində qalmış çeklərə görə cavabdehlərə qarşı ona vurulmuş ziyana görə kompensasiya tələbini irəli sürmüşdür”.

Ali Məhkəmənin həmin qərarından göründüyü kimi özəlləşdirmə çekləri qanunla dövriyyədən çıxarılmış olsa idi, yəni mülkiyyət hüququ verən əşya kimi də məhv edilmiş olardı. Ali Məhkəmə birbaşa özü təsdiq edir ki, çeklər hələ dövriyyədən çıxmayıb və ola bilər ki, Fərmanla yenidən istifadə hüququ bərpa olunsun, lakin hələlik bu barədə bu günə qədər heç bir məlumat verilməyib. Beləliklə, Ali Məhkəmə öz qərarında yazdığı əsaslandırmada yeni fərmanla özəlləşdirmə çeklərinin istifadə olunması ehtimalını aydın şəkildə yazaraq – özəlləşdirmə çeklərinin hələ də dövriyyədə olduğunu təsdiqləyib.
Hamı bilir ki, əgər belə deyilsə, məhkəmələr özəlləşdirmə çeklərinin hansı qanunla dövriyyədən çıxarılmış olduğu təsdiq etməlidir. Əks halda Əmlak Komitəsinin və Hakimlərin “Özəlləşdirmə Pay(çek)larını Cənab Prezident öz fərmanı ilə dövriyyədən çıxarıb” ifadəsi birbaşa Cənab Prezidenti qanun pozuntusunda – Korrupsiya Cinayətində günahlandırmaq və Prezidentə böhtan, şər atmaq deməkdir.

Hörmətli Ziyalılar! Biz Sizdən Xahiş edirik kömək edin

Cənab Prezidentimizə böhtan atan bu şəxslər müəyyən edilsin. Məmur özbaşınalığı nəticəsində Cənab Prezidentin adına şər atılmasının qarşısı alınsın. Belə məmurlar cəzalandırılsın ki, başqa məmurlar üçün də bu nümunə olsun. Cənab Prezident hüquqşünas deyil. Xahiş edirik, kimin cənab Prezidentə çıxışı varsa, bu barədə təcili Cənab Prezidentə məlumat verəsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-4-cü maddəsində Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) qiymətli kağız və mülkiyyət hüququ olduğu öz təsdiqini tapır. Qanunla özəlləşdirmə qiymətli kağızı olan Dövlət Özəlləşdirmə Payları (çekləri) Mülki Məcəllədə göstərilən qaydalar əsasında dövriyyədən çıxarılır.
Bu Payların (çeklərin) həm də mülkiyyət hüququ olduğu Mülki Məcəllədə Qanunla təsdiqlənib və mülkiyyət hüququna xitam vermək isə Azərbaycan Respublikası Konstitusiyasına əsasən ancaq qanunla və əvvəlcədən kompensasiya ödəməklə mümkün ola bilər. Məhz Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”. Hətta Mülki Məcəllədə qiymətli kağızların dövriyyədən çıxarılmasını nəzərdə tutan – 1078-27.1.5-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda – yazılmasına baxmayaraq, Mülki Məcəllədə olan qaydadan başqa bu günə qədər HEÇ BİR BAŞQA QANUNVERİCİLİK qaydası mövcud deyil.

Bakı Apelyasiya Məhkəməsi hakimlərinin qüvvədə saxladığı Bakı İnzibati Məhkəməsi hakiminin qərarında yazılıb ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı “dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və digər” tələbləri barədə iddiaları mümkün sayılmasın. Məhkəmələrin öz qərarlarının əsaslandırma hissəsindən məlum olur ki, “Dövlət Özəlləşdirmə Çekləri ilə bağlı hakimlər, vətəndaşların mülkiyyət hüququnu tanıyır, lakin özəlləşdirmə çekləri 2011-ci ildə dövriyyədən çıxarıldığı üçün vətəndaşlar 1 illik kompensasiya müddətini ötürüb və hüquqlarını itiriblər”.

Məhkəmə iclaslarında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələri heç bir rəsmi sənədə əsaslanmadan – şifahi sözlə “Dövlət Özəlləşdirmə Çeklərini cənab Prezidentin dövriyyədən çıxardığını deyərək” böhtan atdılar. Hakimlər isə bilə-bilə qanunsuz qərar qəbul edərək, yəni cinayət törədərək Əmlak Məsələləri Dövlət Xidməti nümayəndəsinin yalanı və şifahi deyilmiş “Özəlləşdirmə Çeklərini Prezident öz Fərmanı ilə dövriyyədən çıxarıb” sözü əsasında bütün günahları Prezidentin üstünə atdılar.

Xahiş edirik diqqət edin

Cənab Prezident öz Fərmanında “2011 – ci il 01 yanvara qədər istifadə olunmayan çeklər dövriyyədən çıxarılır” yazmayıb. Çünki dövriyyədən çıxarılma mülkiyyət hüququna xitam verməkdir və bu ancaq Qanunla mümkündür. Əks halda bu qanunvericiliklə Korrupsiya Cinayəti sayılır. Diqqət edin, MƏHZ BU SƏBƏBDƏN Fərmanda açıq aydın göstərilib ki, özəlləşdirmə çekləri Qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun olaraq dövriyyədən çıxarılmalıdır. Cənab Prezidentin özünün imzaladığı Qanunvericilik Aktlarına görə, Azərbaycan Respublikası adından Qiymətli Kağızları dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət etmək səlahiyyətləri əvvəllər Qiymətli Kağızlar Komitəsinə, sonra Maliyyə Nəzarət Palatasına aid idi. İndi isə bu səlahiyyət Mərkəzi Banka aiddir. Mülki Məcəlləyə uyğun olaraq Qanunla Qiymətli Kağızların dövriyyədən çıxarılması zamanı – Kompensasiya verilməsi müddəti bu barədə mətbuatda elan verildiyi andan – yəni bu Kompensasiyanı vətəndaşlar haradan və necə əldə edəcəkləri barədə məlumatı əldə etdikləri andan başlayır. 2011-2025-ci illər ərzində bu prosesə cavabdeh olan heç bir rəsmi Dövlət Orqanı tərəfindən mətbuatda elanın olmadığı halda – məhkəmələr qərarlarında qeyd ediblər ki, Vətəndaşlar Kompensasiya almaq üçün 1 illik müddəti ötürüb.

Əgər mətbuatda elan verilməyibsə, vətəndaşların bu kompensasiyanı haradan əldə edəcəyi və hansı məbləğdə pul kompensasiyası alacağı barədə heç vaxt mətbuatda rəsmi məlumat olmayıbsa, bu müddət necə keçə bilər?

Məhkəmələr zamanı nə hakimlər, nə də ƏMDX nümayəndələri bu sualın cavabını vermədilər və SUSMAQLA öz cinayətlərini Cənab Prezidentin üstünə atmağa davam etdilər. Dövlət qiymətli kağızları haqqında bütün məlumatlar dövlət əhəmiyyəti daşıyır və qanunla qorunur. Əgər Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılıbsa, Qanunla bu barədə olan elanda mütləq şəkildə vətəndaşların hər Özəlləşdirmə Çekinə uyğun olaraq ala biləcəyi Kompensasiyanın miqdarı və vətəndaşların bu kompensasiyanı hansı ünvandan – hansı Bankdan, hansı formada – nağd şəkildə yoxsa, hesaba köçürmə yolu ilə alacağı barədə məlumatlar olmalıdır. Cənab Prezidentin öz Fərmanında göstərdiyi kimi – Qanunvericiliklə müəyyən olunmuş qaydada – yəni ancaq Qanunla dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıla bilər. Lakin Qanun icra edilməyib – bunların heç biri olmayıb.

Bütün bunları aşağıdakılar təsdiq edir:

BİRİNCİSİ: 2011-2016-ci illərdə Qanunvericiliklə Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarətə cavabdeh olan Qiymətli Kağızlar Komitəsi öz Rəsmi Dövlət saytında bu barədə açıq-aydın yazıb ki, 2011-2016-ci illərdə Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılmayıb.
Qiymətli Kağızlar Komitəsi öz Rəsmi Dövlət saytının Arxivində Sual-Cavab bölməsində qeyd edir ki, hazırda Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir? sualına cavab olaraq “özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir” yazılıb. Bu məlumat bütün 2011-2016-cı illər Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını təsdiq edir. (https://web.archive.org/web/20160326152215/http://scs.gov.az/muraciet/m36 ).

Hətta “facebbok” 42 min ailəni təmsil edən Özəlləşdirmə Çekləri qrupundan olan ağsaqqallar 2011- 2012-ci illərdə dəfələrlə Qiymətli Kağızlar Komitəsinə müraciət ediblər. Onlara cavab olaraq Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını söyləyiblər. Deyiblər ki, əziyyət çəkib gəlməyin – çünki, ən əvvəl Əmlak Komitəsi tərəfindən dövriyyədə qalan, ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunmayan – dövriyyədən çıxarılacaq Çeklərin ümumi sayı və hər özəlləşdirmə çekinin inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin qiyməti – nominal qiyməti manatla müəyyən edildikdən sonra Əmlak Komitəsi – bizə Qiymətli Kağızlar Komitəsinə rəsmi müraciət etməlidir. Bu kompensasiya məbləği bir necə milyard manat olduğu üçün əvvəl Dövlət Büdcəsində təsdiq olunmalıdır və pul ayrılmalıdır. Ancaq bundan sonra Çeklərin dövriyyədən çıxarılması qaydası Qiymətli Kağızlar Komitəsi tərəfindən hazırlanacaq və sonra Çeklərin dövriyyədən çıxarılacağı barədə mətbuatda elan veriləcək.

image-6a7d51c4-f5fa-4db4-b55b-0ef85423d931

İKİNCİSİ: 2017-ci ildə vətəndaşların müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Özəlləşdirmə Çeklərinin Qanunla dövriyyədən çıxarılmasına cavabdeh olan AR Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərdiyi məktuba verilən 2 rəsmi cavab məktubunda Maliyyə Bazarlarına Nəzarət Palatası yazıb ki, Dövlət Özəlləşdirmə Paylarının – Çeklərinin tədiyyə vasitəsi kimi istifadəsinin 2011-ci ilin yanvarında başa çatmasına baxmayaraq, Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar hələlik müəyyən edilməyib və bu səbəbdən də 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının gələcəkdə dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur ( 2 Rəsmi sənədin surəti ).

image-d9e874b0-3758-49ae-be12-15aa2cbe0ab4

ÜÇÜNCÜSÜ: Cənab Prezidentin öz Fərmanında yazdığı kimi Özəlləşdirmə Çekləri Qanunvericiliklə müəyyən olunmuş qaydada dövriyyədən çıxarılmış olsaydı, Çeklərini satmayıb ümidlə saxlayan 100 minlərlə ailədən heç olmasa biri kompensasiya almış olardı. Büdcəni təsdiq edən deputatların bundan xəbəri olardı. “Özəlləşdirmə Çekləri” qrupunun nümayəndələri Mərkəzi Bankın Şöbə müdirləri, ixtisasca hüquqşünas olan Murad Məmmədovun və Yusif Məmmədovun qəbulunda olanda onlar Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını və bu günə qədər mətbuatda özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılacağı barədə heç bir rəsmi elanın olmadığını deyiblər.
Hətta hər ikisi də öz ailələrində Özəlləşdirmə Çeklərinin qaldığını söyləyiblər. Bildiriblər ki, əgər Çeklər cənab Prezidentin yazdığı kimi Qanunvericiliklə dövriyyədən cıxarılmış olsaydı, birinci biz bilərdik və birinci biz kompensasiya alardıq. Bu hüquqşünasların hər ikisi də əvvəllər Qanunvericiliklə Çeklərin dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına cavabdeh olan Qiymətli Kağızlar Komitəsində və Maliyyə Nəzarəti Palatasında Şöbə müdirləri olublar. Hətta onlar deyiblər ki, Dövlət orqanlarından gələn bütün rəsmi Məktublar və verilən cavablar hamısı Qanunvericiliyə uyğun olaraq Qiymətli Kağızlar barədə Dövlət Reyestrində mütləq qeyd olunur və Dövlət tərəfindən buna səlahiyyətli olan arxivlərdə saxlanılır.

Diqqət edin

Mülki Məcəllənin 1078-27.3 Maddəsinə əsasən, Qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi mediada dərc olunmalıdır. Maddə 1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir. Maddə 1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. İnzibati icraat haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU – Maddə 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Maddə 62.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt mediada dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. Əgər bunların heç biri olmayıbsa, deməli, Əmlak Komitəsindəki məmurlar öz cinayətlərini cənab Prezidentin üstünə atmaq istəyirlər.

Bakı İnzibati Məhkəməsinin və Apelyasiya Məhkəməsinin hakimlərinin qanunvericiliyi pozaraq, cənab Prezidentin Fərmanını öz istədikləri kimi xaincəsinə – yəni çeklərin Qanunla deyil, Prezidentin Fərmanı ilə dövriyyədən çıxarılıb kimi yozması heç bir hüquqi fakta və rəsmi sənədə əsaslanmadan – şifahi deyilmiş bir söz əsasında qərar qəbul etməsi Xalqa qarşı cinayətdir. Əgər Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılıbsa, mütləq hansı Qanunla çıxarılması əsaslandırılmalıdır. Çeklərin fərmanla dövriyyədən çıxarılması qanunvericiliklə korrupsiya cinayəti olduğunu bütün hüquqşünaslar gözəl bilir. Bu səbəbdən də oliqarx məmurların cinayətini cənab Prezidentin üstünə atmaq istəyən və bu yalana hüquqi qüvvə vermək istəyənlərin üzə çıxarılması və cəzalandırılması vacibdir.

Hörmətli Ziyalılar, bu, Prezidentin adına ləkə salmaq istəyən oliqarx məmurların dövlət xəyanətidir. Bu oliqarx məmurların xainliyi və niyyəti ondan ibarətdir ki, uzun illərdir Xalqın onlara – bəzi məmurlara qarşı olan nifrətini cənab Prezidentin üzərinə yönəltsinlər.

DÖRDÜNCÜSÜ: Əgər özəlləşdirmə çekləri dövriyyədən çıxarılmış olsaydı, yəni mülkiyyət hüququna Fərmanla Xitam verilmiş olsaydı, Cənab Prezident 28 dekabr 2022-ci il tarixli 1933 nömrəli Fərman ilə 10 avqust 2000-ci il “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 383 nömrəli FƏRMANINDA dəyişiklik edərdimi? Həmin dəyişiklikdə deyilir ki, “4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaratsın”. Bu Fərman bir daha təsdiq edir ki, Özəlləşdirmə Pay(çek)ları başqa bir Qanunvericilik Aktı ilə yenidən istifadə oluna bilər. Yəni Özəlləşdirmə Çekləri Qanunla dövriyyədən çıxarılmayıb. Eyni zamanda Cənab Prezidentin yeni sərəncamı ilə Yeni Özəlləşdirmə Qanunu İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq 2025-ci ildə Milli Məclisin müzakirəsinə veriləcək. Deməli, yeni Özəlləşdirmə Qanununda Özəlləşdirmə Paylarının (çeklərinin) yenidən Ödəmə-Tədiyyə vasitəsi kimi istifadə olunması PLANLAŞDIRILIR. Sadəcə Qiymətli Kağızlardan (çox güman ki, vacib səbəblərdən Fərmanla) Ödəmə-Tədiyyə vasitəsi kimi istifadəsi müvəqqəti dayandırılıb.

Güman edirik ki, tezliklə BÖYÜK Özəlləşdirmə Qanunu ilə Çeklərin inflyasiyadan qorunan YENİ qiyməti qoyularaq dövriyyədə yenidən Ödəmə -Tədiyyə vasitəsi kimi istifadə olunacaq.Yəni, Özəlləşdirmə Payları (çekləri) Qanunvericiliklə dövriyyədən çıxarılmış olsaydı, Cənab Prezident heç vaxt belə bir Fərman verməzdi.

Hörmətli Ziyalılar!

Cənab Prezidentə və Xalqa qarşı cinayəti, Vətəndaşların Mülkiyyət hüquqlarının kütləvi pozulmasının və hüquqi səhvlərin MƏHKƏMƏLƏR tərəfindən aradan qaldırılması – cənab Prezidenti sevən bütün qeyrətli vətəndaşların borcudur. Lakin bəzi Hakimlər cinayət edərək oliqarx Məmurlarla əlbir olaraq Cənab Prezidentə böhtan atır, onu nüfuzdan salmaq istəyirlər. Cənab Prezidentə və Xalqa qarşı düşmənçiliyə son qoyulmalıdır.
Cənab Prezident Özəlləşdirmə Çeklərini dövriyyədən çıxarmayıb. Çünki bu səlahiyyəti Cənab Prezident özünün imzaladığı Qanunvericiliklə başqa Ali Dövlət Orqanlarına verib.

Özəlləşdirmə Çeklərini satmayan Vətəndaşlar Baş Prokurora və daha 17 Dövlət orqanına müraciət ünvanlayaraq xahiş ediblər ki, 1-ci məhkəmələrə təqdim etdikləri Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını təsdiq edən və Cənab Prezidentin üstünə böhtan atıldığını sübut edən 2 Ali Dövlət Orqanı tərəfindən verilmiş Rəsmi Sənədlər və Kompüterdə olan rəsmi məlumatlar yalan və ya saxta informasiya olduğu aşkarlanarsa, bu halda Vətəndaşları aldadaraq cinayət etmiş bu 2 Ali Dövlət orqanlarında işləmiş və bu gün yaşayan məmurları – o cümlədən Rüfət Aslanlı barəsində cinayət işi açılması təmin edilsin. Belə ki, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs və eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313.1-ci maddəsinə əsasən cinayətdir.

2-ci Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmə iclaslarında yalan məlumat verərək – başqa bir ifadə ilə cinayət əməli törədərək, Cənab Prezidentə böhtan atmaq istəyən məmurlar və onları bu yalan informasiyanı məhkəmə iclasında demək üçün göndərən bütün məmurlar, o cümlədən Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev barəsində cinayət işinin açılması təmin edilsin. 3-cü heç bir hüquqi əsas olmadan Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin verdiyi şifahi məlumat əsasında bilə-bilə ədalətsiz qərar çıxarmış Baki İnzibati Məhkəmənin hakimi Emin Abdullayev, Bakı Apelyasiya Məhkəməsinin Hakimləri Rəşid Səmədov, Xəyalə Cəmilova və Elvin Əliyev barəsində cinayət işinin açılması təmin edilsin. 4-cü eşitdiyimiz məlumatlara görə, Prezident Aparatında çalışan bəzi məmurlar bu məsələ ilə bağlı Məhkəmələrə, işə baxan hakimlərə təzyiq göstəriblər. Hesab edirik ki, bu durum onların Cənab Prezidentə olan düşmənçiliyindən və dövlət xəyanətindən xəbər verir. Bu səbəbdən xahiş edirik ki, Prezident Aparatında məhkəmələrə göstəriş verərək Cənab Prezidentin adına böhtan atmağa məcbur edən məmurların kim olduğu araşdırılaraq – cinayət məsuliyyətinə cəlb olunması təmin edilsin. Prezident Aparatında olan bəzi məmurların bu cinayətlə əlaqəli olduğu ehtimalının çox böyük olduğunu nəzərə alaraq cənab Prezidentə birbaşa çıxışı olan Ziyalılardan ÇOX XAHİŞ EDİRİK – bu cinayətlər barədə özünüz şəxsən Cənab Prezidentə məlumat verəsiniz.

Hörmətli Ziyalılar, sizin dostlarınız və qohumlarınız arasında da öz ailələrinin Çeklərini Qanunvericiliyimizə, Dövlətçiliyimizə və Ulu Öndər Heydər Əliyevin Xalqa Vədinə inanaraq satmayanlar var. Bu sualların cavabı hamını narahat etməlidir.
1) Qanuna – Mülki Məcəlləyə uyğun olaraq Dövlət Qiymətli Kağızı olan – Çeklərin dövriyyədə tədiyyə-ödəmə vasitəsi kimi istifadəsi başa çatandan sonra – dövriyyədən çıxarılması üçün vətəndaşların hər Çekə düşən kompensasiyanın miqdarı və hansı Bankdan ala biləcəkləri barədə elan mətbuatda nə vaxt verilmişdir?
2) Mülkiyyət hüququna Kompensasiya üçün ayrılmış Maliyyə vəsaitləri milyardlarla manat təşkil edir. Əgər bu vəsaitdən bir manat belə heç bir vətəndaşa verilməyibsə, milyardlarla manatın taleyi necə oldu?

P:S. Biz hamımız gözəl bilirik ki, belə elan olmayıb. Çünki Konstitusiya və Qanunlara uyğun olaraq maliyyə vəsaiti ayrılmış olsaydı, heç olmasa bir deputatın bundan xəbəri olardı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki