image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-img_20250919_150046-43m50ft7ywz1ngcl892v

CƏBRAYIL ŞƏHƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA YENİDƏN BƏRPA EDİLƏCƏK!

image-legitimaz-810x90

CƏBRAYIL ŞƏHƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA YENİDƏN BƏRPA EDİLƏCƏK!

2020-ci ilin oktyabrın 4 – də Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tarixi Qələbə tvitlərindən birini atdı. Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür. Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Beləliklə də Cəbrayıl Vətən müharibəsinin ilk azad edilən şəhəri oldu. Rayon 27 illik işğaldan sonra rəşadətli əsgər və zabitlərimizin canı-qanı bahasına azadlığa qovuşdu. İrəlidə isə  yeni Qələbə soraqlı günlər vardı. Ali Baş Komandan 2020-ci ilin 4 oktyabrında xalqa müraciətində bu tarixi hadisənin xüsusi əhəmiyyətini vurğuladı. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən torpağı uğrunda müqəddəs savaşda hər gün qəhrəmanlıq dastanının səhifələri yazılırdı. Cəbrayılın işğaldan azad edilməsi böyük Zəfərin başlanğıcı idi. Ali Baş Komandan: «Biz bu günlər xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq, tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar. Biz bütün şəhərləri bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq…».deyirdi. Yağı tapdağından qurtuluşun beşinci ildönümünü yaşayan torpaqlara artıq həyat, quruculuq, abadlıq, ən əsası isə, bu torpaqların sakinləri qayıdır. Bir vaxtlar doğma torpaqlarından didərgin düşmüş vətəndaşlarımız dədə-baba torpaqlarına qayıdırlar. Hər keçən gün keçmiş məcburi köçkünlərimizin vətən həsrəti sona çatır. “Böyük Qayıdış” planı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri hər gün sürətlənir. Bu gün öz sakinlərini yeni bir ab-hava ilə qarşılayan şəhərlərimizdən biri də Cəbrayıldır. Xatırladaq ki, Cəbrayıl şəhərinə ilk köç prosesi 26 sentyabr 2024-cü il tarixində gerçəkləşmişdi. Bu mərhələdə 36 ailə olmaqla, 117 nəfər doğma torpağına qovuşdu. Cəbrayıla 2-ci köç sentyabrın 28-i 41 ailə, 124 nəfər, 3-cü köç sentyabrın 30-u 40 ailə, 123 nəfər, 4-cü köç noyabrın 7-i 30 ailə, 150 nəfər, 5-ci köç  noyabrın 29-u 40 ailə, 200 nəfər, 6-cı köç dekabrın 2-si 34 ailə, 129 nəfər, 7-ci köç 25 dekabr 2024-cü il 49 ailə 253 nəfər, 8-ci köç 13 yanvar 2025-ci il 39 ailə, 165 nəfər, 9-cu köç 16 yanvar 2025-ci il 32 ailə, 153 nəfər, 10-cu köç 18 yanvar 2025-ci il 42 ailə, 206 nəfər, 11-ci köç 17 fevral 2025-ci il 42 ailə, 205 nəfər, 12-ci köç 19 fevral 2025-ci il 37 ailə, 212 nəfər, 13-cü köç 21 fevral 2025-ci il 33 ailə 183 nəfər,  14-cü köç isə 22 iyul 2025-ci il tarixlərində 53 ailə – 198 nəfər baş tutub. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədr müavini

Sevinc Gülüşova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki