image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-f16-1

Bu təyyarələr Ukrayna müharibəsinin gedişini dəyişdirə bilər?

image-legitimaz-810x90

F-16 qırıcıları Rusiya-Ukrayna müharibəsində oyun dəyişdirən (game‑changer) rolunu oynaya bilməz, çünki bu təyyarələr müasir rus aviasiyasına qarşı durmaq iqtidarında deyil.

”Xeberaz.info” xəbər veri ki, bu sözləri ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko deyib.

“Bu təyyarələr ən müasir rus təyyarələri ilə bərabər səviyyədə döyüşə bilməz. Onlar geri qalırlar. Belə desək, F-16 dördüncü nəsil plus (4+) təyyarədirsə, bütün rus təyyarələri dördüncü nəsil iki plus (4++) kateqoriyasına daxildir. Yəni keyfiyyət baxımından F-16 bir addım geri qalır: eadarlarına, radarın aşkarlama məsafəsinə görə”, – ekspert bildirib.

Onun sözlərinə görə, rus təyyarələri ümumilikdə 10 raket daşıyır, amma onlara 200 km-dən artıq mənzilli iki əlavə raket quraşdırmaq mümkündür, F-16-lar isə buna qadir deyil. Həmçinin F-16 yalnız cəbhə xəttinin yaxınlığında, aşağı yüksəklikdən istifadə edilmək üçün uyğundur, ruslar isə əksinə, yüksəkdən uçuş edirlər.

O izah edib ki, bu səbəbdən raketlərin mənzili təxminən eyni olsa da, Ukrayna Silahlı Qüvvələri F-16-ların raketlərini demək olar ki, zenit raketləri kimi istifadə edir – bu da mənzili iki dəfə azaldır:

“Yəni taktiki və texniki şərtlər baxımından döyüşmək imkanımız yoxdur. “Game-changer” isə yalnız o zaman baş verir ki, texnika hava döyüşlərinin gedişatını dəyişə bilsin”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki