Rusiyanı ədalətli sülhə məcbur etmək olar. Bunun üçün antirusiya sanksiyalarını gücləndirmək və Ukraynanın müdafiə qabiliyyətini artırmaq lazımdır.
”Xeberaz.info” xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa litvalı həmkarı Kestutis Budris ilə keçirdiyi brifinqdə bildirib.
“Sanksiyaların təzyiqini artıra biləcəyimiz kifayət qədər sahələr və qollar var. Bu, Rusiya iqtisadiyyatı üçün dağıdıcı olmalıdır”, – Sibiqa deyib.