ABŞ-ın Moskvaya qarşı növbəti addımları Rusiya Prezidenti Vladimir Putindən asılı olacaq. Bu
“Xeberaz.info” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistlərdən birinin Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı razılıq əldə etmək üçün verdiyi müddətlə bağlı sualına Tramp belə cavab verib: “Bu, ondan asılı olacaq. Onun nə deyəcəyini görəcəyik, ondan asılı olacaq”.
Bundan əlavə, Vladimir Putinlə görüş üçün onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş şərti tələbini təkzib edib. O, jurnalistin “Putinlə görüşməyiniz üçün o, Zelenski ilə görüşməlidirmi” sualına Tramp “yox” cavabını verib.
Qeyd edək ki, daha öncə Trampın Putinlə görüşmək üçün Rusiya liderinin ukraynalı həmkarı ilə görüşməli olduğuna dair xəbərlər yayılıb.