image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-benin-ordu

Bu ölkədə çevrilişə cəhd: Qiyamçılar ələ keçdi

image-legitimaz-810x90

Benin Respublika Qvardiyası dövlət çevrilişinə cəhddə iştirak edənləri saxlayıb.

”Xeberaz.info” xəbər verir ki, bu barədə “24 Heures au Benin” məlumat yayıb.

“Benində dövlət çevrilişi olmayıb. Prezident Patris Talonun devrilməsini elan edən qiyamçı qrup hazırda Respublika Qvardiyasının əlindədir. Qiyamçılar tərəfindən vəziyyətin sabitliyini pozmaq məqsədilə ələ keçirilən milli televiziya azad edilib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, dekabrın 7-si səhər saatlarında Benin Respublikasının hərbçiləri milli televiziya vasitəsilə dövlət çevrilişi etdiklərini, Prezident Patris Talonun vəzifəsindən devrildiyini elan etmişdilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki