Biz təkcə HƏMAS-la mübarizə aparmırdıq. Hizbullahla vuruşurduq, Əsəd rejimi ilə döyüşürdük, İraqda milislərlə, husilərlə, İranla döyüşürdük.
”Xeberaz.info” xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Biz bu müharibədə qalib gəldik, amma heç vaxt bitməyəcək. Bu, xərçəng xəstəliyinə bənzəyir. Əgər xərçənginiz varsa, onu çıxarsanız, yenə də geri qayıda bilər. Bəzi xərçəng növləri də var ki, onu çıxarmasanız, ölürsünüz. Biz onu çıxartdıq”, – o bildirib.


























