image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-adb7847e-f731-3e78-860c-f580cd2c89ea_825

Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb

image-legitimaz-810x90

Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb

 

Son illər Azərbaycanda idmanın inkişafı sahəsində əldə olunan uğurlar ölkəmizin sosial-mədəni həyatında mühüm yer tutur. Xüsusilə cari ildə idmançılarımız tərəfindən beynəlxalq yarışlarda qazanılan medalların sayının rekord həddə çatması bu sahədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin real nəticəsi kimi qiymətləndirilməlidir. Beynəlxalq arenalarda 2000-dən çox medalın, o cümlədən təqribən 600-dən artıq qızıl medalın qazanılması Azərbaycanın idman dövləti kimi mövqeyinin daha da möhkəmləndiyini aydın şəkildə nümayiş etdirir. Bu nailiyyətlər təsadüfi xarakter daşımır. Azərbaycanda idmanın inkişafı uzun illərdir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan idman strategiyası Prezident cənab İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə idman sahəsində genişmiqyaslı islahatlar aparılmış, müasir infrastruktur yaradılmış, idmançıların sosial təminatı və peşəkar hazırlığı üçün zəruri şərait formalaşdırılmışdır.
Cari ildə qazanılan medalların sayının ötən illə müqayisədə artması idmanın inkişafına göstərilən diqqətin ildən-ilə daha yüksək nəticələr verdiyini sübut edir. Bu artım təbii və qanunauyğun prosesdir. Çünki dövlət tərəfindən həyata keçirilən proqramlar, regionlarda yaradılan Olimpiya İdman kompleksləri, idman məktəblərinin fəaliyyəti, məşqçi heyətinin peşəkarlığının artırılması və gənclərin idmana cəlb edilməsi uzunmüddətli perspektivdə məhz bu cür uğurlara gətirib çıxarmalı idi.
Azərbaycan idmançıları bu gün müxtəlif idman növləri üzrə — güləş, cüdo, boks, taekvondo, gimnastika, karate, atletika və digər sahələrdə beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Onların qazandığı hər bir medal yalnız şəxsi nailiyyət deyil, eyni zamanda dövlətin idmana göstərdiyi qayğının, xalqın dəstəyinin və sistemli hazırlığın nəticəsidir. Bu qələbələr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, idmana marağın daha da artmasına güclü stimul verir.

Xüsusi vurğulanmalıdır ki, idmanın inkişafı təkcə peşəkar idmanla məhdudlaşmır. Azərbaycanda kütləvi idmanın təşviqi, sağlam həyat tərzinin formalaşdırılması dövlət siyasətinin əsas hədəflərindəndir. Məktəblərdə, ali təhsil müəssisələrində, regionlarda keçirilən idman tədbirləri, yarışlar və festivallar cəmiyyətin bütün təbəqələrinin idmana cəlb olunmasına xidmət edir. Bu isə gələcəkdə daha geniş idmançı bazasının formalaşmasına imkan yaradır. Rekord göstəricilərlə müşayiət olunan bu il bir daha sübut edir ki, Azərbaycanda idmanın inkişafı düzgün istiqamətdə gedir. Dövlətin ardıcıl dəstəyi, yaradılmış maddi-texniki baza və insan kapitalına yatırılan sərmayə qarşıdakı illərdə də daha böyük uğurların əldə olunacağına əsaslı zəmin yaradır. Qazanılan minlərlə medal Azərbaycanın beynəlxalq idman arenasında nüfuzunun artmasına, ölkəmizin adının daim qalib dövlət kimi çəkilməsinə xidmət edir.

Cari ildə idmançılarımızın əldə etdiyi rekord nailiyyətlər Azərbaycanda idmanın inkişafının yüksələn xətt üzrə davam etdiyini göstərir. Bu uğurlar həm bu günün qürur mənbəyidir, həm də gələcək nəsillər üçün möhkəm təməl rolunu oynayır. Dövlət siyasətinin düzgün seçilməsi və onun ardıcıl icrası Azərbaycan idmanının parlaq gələcəyini təmin edən əsas amillərdəndir.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki