image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-59d1463b8764ee6b3b6934aee93934e6

Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir

image-legitimaz-810x90

Hazırda süni intellekt Azərbaycanda dövlət səviyyəsində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası” bu sahənin inkişafına sistemli və ardıcıl yanaşmanın bariz nümunəsidir. Həmin sənəd süni intellektin təkcə texnoloji deyil, həm də elmi, iqtisadi və sosial müstəvidə strateji əhəmiyyət daşıdığını təsdiqləyir. Bu, dövlətin gələcəyə baxışını, elmi yeniliklərə açıq siyasətini və Azərbaycanı regionun qabaqcıl texnoloji mərkəzlərindən birinə çevirmək məqsədini əks etdirir. Azərbaycan kifayət qədər demək olar ki, şimal, cənub, şərq-qərb dəhlizi qovşağını yaradıb, logistika imkanları açıb. Burada süni intellektin, süni intellekt texnologiyalarının, yəni bu logistika xidmətlərinin daha keyfiyyətlə və çevik aparılmasında müstəsna əhəmiyyəti var. Təhsil sahəsində və idarəetmə məsələlərində süni intellektin tətbiqi vətəndaşların həyat  keyfiyyətinin  yüksəlməsində  mühüm  rol oynayır. Süni intellekt texnologiyalarının lokallaşdırılması, milli resurslara əsaslanan modellərin yaradılması, Azərbaycan dilində süni intellekt sistemlərinin formalaşdırılması elmi prioritet kimi qəbul edilməlidir. Elmin iqtisadiyyatla inteqrasiyası, akademik tədqiqatlar real sektora, sənayeyə, biznesə və dövlət idarəçiliyinə birbaşa töhfə verməlidir. Bu, bilik iqtisadiyyatı modelinə keçidin əsas şərtidir. Gənc alimlərin və texnoloqların yetişdirilməsi məsələsi də mühüm əhəmiyyət daşıyır. Süni intellekt erası yeni düşüncə tərzini formalaşdırır, analitik bacarıqlar və multidissiplinar yanaşma tələb edən mövqelər ön plana çıxır. Süni intellektin ən mühüm üstünlüklərindən biri iş proseslərini avtomatlaşdırmaq və daha yüksək məhsuldarlıq əldə etməkdir.  Gələcəkdə süni intellektin daha da inkişaf edərək cəmiyyətin müxtəlif problemlərinə həll yolu tapması gözlənilir. Xüsusilə ətraf mühit problemlərinin həllində süni intellektin böyük rolu olacaq. Süni intellektin düzgün istiqamətləndirilməsi cəmiyyət üçün əvəzolunmaz imkanlar yarada bilər.

 

Zərdab  rayonu Yarməmmədbbağı  kənd  sakini – Umarov  Bəhram  Cəfər  oğlu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki