image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-azerbaijan-buildings

Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir

image-legitimaz-810x90

Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir

Azərbaycan dövlət Neft Şirkəti (SOCAR) əsas tərəfdaşı olduğu “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan 30-cu yubiley “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə və “Bakı Enerji Forumu”nda fəal iştirak edir. İlk dəfə xalqımızın Ümummilli Lideri, yeni enerji strategiyamızın müəllifi Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi” ötən illər ərzində regionda və qlobal miqyasda enerji təhlükəsizliyinə, dayanıqlı tərəqqiyə, səmərəli əməkdaşlığa mühüm töhfə verən platformaya çevrilib. Bu ilki Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi”ndə SOCAR “Ədalətli enerji keçidi ilə dayanıqlı gələcəyin gücləndirilməsi” şüarını özündə ehtiva edən stend ilə təmsil olunur. Stenddə Ulu Öndər Heydər Əliyevin enerji siyasətinə həsr olunmuş foto kompozisiya nümayiş etdirilir. Burada Ümummilli Liderin yeni neft strategiyasının icrasını, dahi şəxsiyyətin neft-qaz sənayemizin inkişafına, neftçilərə yüksək diqqətini əks etdirən nadir fotolar yer alıb. SOCAR ölkənin enerji sektorunda strateji rol oynamaqla yanaşı, yerli mütəxəssislərin hazırlanmasına və əməkdaşlarının peşəkar inkişafına da böyük önəm verir. Bu istiqamətdə həyata keçirilən müxtəlif təşəbbüslər sayəsində SOCAR işçi heyətinin bilik və bacarıqlarını artırmaqla ölkəmizdə insan kapitalının formalaşmasına mühüm töhfə verir. Bu təşəbbüslər, SOCAR-da çalışan əməkdaşların peşəkar inkişafında və milli insan kapitalının gücləndirilməsində xüsusi rol oynayır. Məhz bu baxışın rəmzi kimi, 30-cu yubiley Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi”ndə SOCAR stendində 30 BANM tələbəsinin, 30 SOCAR könüllüsünün, 30 Gənc İstedadlar Proqramı iştirakçısının və 30 neftçinin fotolarından ibarət kompozisiya nümayiş etdirilir. Bu vizual təqdimat, SOCAR-ın gənclərə və insan kapitalına verdiyi dəyərin ifadəsidir. Stenddə, eyni zamanda SOCAR-ın neft-qaz platformaları, qazma qurğuları, zavodları, terminalları ilə bağlı tarixi fotolar təqdim olunur. Ən son innovativ yeniliklərin tətbiq edildiyi stenddə SOCAR-ın fəaliyyət istiqamətlərinə dair məlumatlar müasir texnologiyalar vasitəsilə təqdim olunur. Burada Azərbaycanda və ölkəmizdən kənarda emal, neft-kimya sənayesi, kəşfiyyat, qazma, hasilat sahələrində SOCAR tərəfindən görülən işlər, həmçinin ixrac marşrutları, marketinq və treydinq, insan kapitalı, innovasiya və rəqəmsallaşma istiqamətləri üzrə ən son məlumatları əldə etmək mümkündür. Enerji keçidi layihələri zonasında quraşdırılan “interaktiv masa”da SOCAR-ın dekarbonizasiya hədəfləri, COP29 çərçivəsində şirkətin imzaladığı əməkdaşlıq sazişləri, bərpaolunan enerji və metan emissiyalarının inventarlaşdırılması və azaldılması layihələri barədə ətraflı məlumatlar təqdim edilir. Həmçinin stenddə yer alan “Infinity Room” zonasında quraşdırılan nazik LED panellər vasitəsilə də SOCAR-ın müxtəlif layihələri, əldə olunan nəticələri əks etdirən vizual məlumatlar nümayiş olunur.

SOCAR, eyni zamanda, regionun əsas enerji layihələri və enerji təhlükəsizliyi, rəqəmsallaşma kimi məsələlərin müzakirə olunduğu “Bakı Enerji Forumu”nun işində də yaxından iştirak edir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Muzey bələdçisi – Xanım İmanova

 

 

Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir.

“Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.” Bunu iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib. Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri – Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz 30 illik yubileyini qeyd edərək Bakı Ekspo Mərkəzində keçirildi.  Hər il keçirilən “Caspian Oil and Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Azərbaycanda ilk ixtisaslaşdırılmış neft-qaz sərgisinin təşəbbüskarı, qlobal neft-qaz şirkətlərini Azərbaycan neft-qaz sənayesinin inkişafına cəlb etmək üçün bu sərgini yaxşı platforma hesab edən Ümummilli Lider Heydər Əliyevdir. O vaxtdan etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsini təmsil edən təxminən 7500 şirkət iştirak etmişdir. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, “Caspian Oil & Gas” sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də son dərəcə mühüm dəstək göstərilir. Azərbaycanın enerji sahəsində bu gün qazandığı uğurlar, beynəlxalq miqyasda qazandığı nüfuz və sabit inkişaf xətti birbaşa olaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən baxışları və strateji qərarlarının nəticəsidir. 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisindən dərhal sonra imzalanan və “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi, Azərbaycanın yalnız enerji sektorunda deyil, ümumilikdə geosiyasi xəritədə də yerini və gücünü dəyişdi. Həmin dövrdə ölkənin iqtisadi və sosial vəziyyəti son dərəcə ağır idi-iflic olmuş iqtisadiyyat, vətəndaş qarşıdurmaları, min faizlə ölçülən inflyasiya və yüz minlərlə qaçqın və məcburi köçkün. Lakin Ulu Öndər Heydər Əliyev bu qaranlıq mənzərəyə baxmayaraq, Azərbaycanın gələcəyini enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıqda görürdü. Bu strateji yanaşma bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq sabit siyasi sistemə və müstəqil iqtisadiyyata malik bir dövlətdir. Neft və qazın ÜDM-dəki payı 30 faizdən artıqdır. Xarici borcun aşağı səviyyədə olması və maliyyə ehtiyatlarının çoxluğu ölkənin dayanıqlığını təmin edir. Enerji siyasətində yalnız hasilat deyil, həm də bərpaolunan enerji mənbələrinə keçid əsas prioritetlər sırasındadır. 2030-cu ilə qədər 6,5 giqavat gücündə yaşıl enerji istehsalı nəzərdə tutulur. Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr sayəsində Azərbaycan artıq Avrasiyanın enerji xəritəsində mühüm bir mərkəzə çevrilib. Bu gün ölkəmiz 12 ölkəyə qaz ixrac edir və bu say inkişaf edən xətlə artmaqdadır. Eyni zamanda, yaşıl enerji təşəbbüsləri ilə COP29 kimi qlobal platformalarda lider mövqe nümayiş etdirilir. COP29-un “Bakı sıçrayışı” adlandırılması və İtki və Zərər Fondunun artırılması Azərbaycanın beynəlxalq miqyasda məsuliyyətli aktor kimi tanındığını göstərir. Cənab Prezidentin dediyi kimi “COP29-la bağlı daha bir hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, – inkişaf etmiş ölkələr, – və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də COP29-da elan edildi və biz köməyimizə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik.” Nəticə olaraq, bu uğurların təməli hələ 90-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Onun gələcəyə baxan, qətiyyətli, inamlı və milli maraqlara söykənən siyasəti sayəsində Azərbaycan bu gün təkcə regionun deyil, bütün dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilmişdir. Bu baxış və siyasi uzaqgörənlik bu gün də Azərbaycanın enerji gələcəyinin təminatıdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki