image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-02f657d5160370357899455470610749153

Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir

image-legitimaz-810x90

Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir

Enerji amili yüz illərdir ki, insanların mövcudluğunun davam etdirilməsində ən önəmli və təməl qaynaqlar arasında öz yerini qorumuşdur. Günümüzdə də bu amil öz əhəmiyyətini qorumaqda davam edərək ölkələrin inkişafında əsas strateji rol oynamaqdadır. Bu günə qədər ənənəvi enerji mənbələri enerjiyə olan ehtiyacın əksər hissəsini qarşılamışdır. Ancaq bu mənbələrə hər ölkənin sahib olmaması, idxal, ixrac və tranzitin yüksək maliyyə tələb etməsi, ehtiyatların tədricən azalması və ətraf mühitə dəyən ziyan səbəbindən enerji istehsalında yeni mənbələrə ehtiyac çoxalmışdır. Bu gün Azərbaycan Respublikası  nəhəng enerji infrastrukturu qurub ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib.

Azərbaycan yeraaltı və yerüstü sərvətlərlə zəngin ölkədir. Yeraltı sərvətlərdən ən mühümü neft-qazdır. Azərbaycan öz resurslarını inkişaf etdirib və etdirməkdə də davam edir. Əvvəlcə bu məsələ neftə aid idi, indi isə burada qaz sahəsi əsas söhbət mövzusudur.

Qeyri-neft sektorunun inkişafı sayəsində onun ÜDM-də payı Azərbaycanın ən yaxın tarixində maksi­muma çatacağı gözlənilir.

Qarabağda reallaşdırılan yeni layihələr və Azərbay­canın Avrasiya regionunda artan logis­tik əhəmiyyəti sayəsində qeyri-neft-qaz sektorunun hazırkı inkişaf tempini saxla­maqla 2024-cü ilə qədər onun ÜDM-də payı 70 faizə yaxın olmuşdur. 2026-cı ilə qədər Qarabağda icra olunan layihələrə təxminən 10 milyard ABŞ dolları (ÜDM-in 18 faizi) sərmayə qoyulacaq, infrast­rukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdirilməsi ilə yanaşı, qeyri-neft-qaz məhsullarının istehsalına və ixracına yönəlmiş yeni sənaye və iqtisadi zonalar yaradılacaq.

Azərbaycanda qeyri-neft sektorunun avanqard qüvvəsi sayılan sahibkarlara dövlət qayğısı ildən-ilə artır. Yaxın vaxt­larda isə ölkədə sahibkarların dəstək mexanizmlərinin əhatə dairəsi bir qədər də genişləndiriləcək. Qarşıdakı dövrdə mövcud dövlət dəstək mexanizmlərinin təkmilləşdirilmə­si və əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, yerli alətlərin tətbiq edil­məsi Azərbaycanda sahibkarlığın inkişa­fına töhfə verəcək.

Bu gün Azərbaycan sabit iqtisadi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir.

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki