image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bayraq

Bu gün Azərbaycan qalib ölkə kimi regionun gələcəyini müəyyən edən aparıcı aktordur

image-legitimaz-810x90

Bu gün Azərbaycan qalib ölkə kimi regionun gələcəyini müəyyən edən aparıcı aktordur

Təcrübə sübut etdi ki, dövlət üçün taleyüklü anda fikir ayrılığı yox, möhkəm milli iradə olmalıdır. Prezident İlham Əliyevin də dediyi kimi, ümummilli məsələlərdə fərqli yanaşmalar dövlətin gücünü zəiflədə bilər. Halbuki birliyə əsaslanan siyasət Azərbaycanı qalib dövlətə çevirdi.

Qarabağ və Şərqi Zəngəzurun bərpası, böyük qayıdış proqramının icrası, azad edilmiş ərazilərdə həyatın yenidən qurulması Azərbaycan üçün növbəti ümummilli missiyadır. Bu proses yalnız dövlət infrastrukturunun tikintisi deyil, həm də milli kimliyin, tarixi ədalətin, mədəni irsin bərpasıdır.

Bu səbəbdən Prezident İlham Əliyev bu məsələni də ümummilli prioritet kimi dəyərləndirir. Çünki Qarabağın bərpası bir partiyanın, bir qrupun, bir regionun deyil, bütün xalqın işidir. Burada fikir ayrılığı yox, ortaq mövqe, ortaq məqsəd olmalıdır.

Prezident İlham Əliyevin bu prinsipi Azərbaycan cəmiyyətində siyasi mədəniyyətin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Artıq siyasi qüvvələr arasında dialoq, əməkdaşlıq və qarşılıqlı hörmət ənənəsi formalaşır. Müxalifət və iqtidar nümayəndələrinin millətin ali maraqlarında ortaq mövqe sərgiləməsi dövlətin modernləşmə siyasətinə güc verir.

Bu həm də demokratik inkişaf modelinin Azərbaycan reallıqlarına uyğun şəkildə formalaşdığını göstərir. Fərqli fikirlər mümkündür və zəruridir, lakin dövlətin taleyini müəyyən edən məsələlərdə bu fərqlilik milli birliyə mane olmamalıdır.

Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri Azərbaycan dövlətçiliyinin əsas prinsiplərindən birinə çevrilib. Bu prinsip ölkənin gücünü artıran, xalqı birləşdirən, milli maraqların qorunmasını təmin edən strateji yanaşmadır.

Bu gün Azərbaycan qalib ölkə kimi regionun gələcəyini müəyyən edən aparıcı aktordur. Bu mövqenin qorunması və daha da möhkəmləndirilməsi isə məhz ümummilli birliyin davamlı olmasından asılıdır. Cəmiyyətin hər bir üzvü bu tarixi missiyanın iştirakçısıdır və bu birlik Azərbaycanın davamlı yüksəlişinin əsas zəmanətidir.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqüddə olan müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki