Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur
Avropa İttifaqı kontekstində Slovakiya-Azərbaycan əməkdaşlığına gəldikdə isə Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan üçün Avropa İttifaqı artıq uzun illərdir əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan- Avropa İttifaqı əməkdaşlığı isə yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Ölkəmizin xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükü Avropanın enerji şaxələndirilməsi baxımından vacib alternativ mənbə hesab olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Səfər çərçivəsində diqqət göstərilən əsas məsələlərdən biri kimi Azərbaycanla Ermənistan arasında bu ilin avqust ayında Prezident cənab İlham Əliyevin ABŞ-a səfəri zamanı sülh razılaşmasından da bəhs edib. Vaşinqton razılaşması çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması regionda investisiya və iqtisadi inkişaf üçün əlverişli şərait yaradıb. Bu, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını yalnız enerji ixracı ilə məhdudlaşdırmır, eyni zamanda, regionun bərpası və sabitliyi, eləcə də geniş infrastruktur və nəqliyyat layihələri üçün strateji imkanlar açır. “Mən slovak xalqı adından cənab Prezidenti və Azərbaycan Respublikasını təbrik etmək istərdim. Çünki uzun illərdən sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi paraflanmışdır” söyləyən Slovakiya Prezidenti Peter Pelleqrini vurğuladı ki, Azərbaycan bu gün sülh şəraitində yaşayır və onun vətəndaşları, cəmiyyət diqqəti ölkənin inkişaf etdirilməsinə yönəldib. Artıq diqqət postmüharibə dövrünə yönəldilib. Azərbaycan və Slovakiya dost ölkələrdir. Tərəflər əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafında maraqlıdırlar və bunu atdıqları addımları ilə təsdiqləyirlər. Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş kimi qəbul edir. Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik ölkədir.
Emin Qazıyev – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru


























