Ukraynadakı münaqişə dünyaya müharibə taktikalarının dəyişdiyini nümayiş etdirib.
Xeberaz.info xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens Kentukki ştatındakı Fort Kempbell Hərbi Bazasında çıxış edərkən deyib.
“Rusiya və Ukraynada, bəzi antiterror missiyalarımızda baş verənlərə baxın və növbəti hərbi münaqişədə nələrin baş verə biləcəyini düşünün. Bu, 20 il əvvəl apardığımız müharibə ilə eyni olmayacaq, çox fərqli olacaq. İndi biz dronlardan istifadə edirik, indi kibermüharibə aparılır, indi peyklər ordu üçün 20 və ya 30 il əvvəl tüfəng, tank və ya təyyarə qədər vacibdir”, – Vens bildirib.


























