image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bmt1

BMT Trampın Qəzza ilə bağlı qətnaməsini qəbul etdi

image-legitimaz-810x90

BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza planı ilə bağlı qətnaməsini qəbul edib.

Xeberaz.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, 17 noyabr tarixində BMT Təhlükəsizlik Şurası qətnaməni qəbul etmək üçün səs verib. Qətnaməyə Rusiya və Çin bitərəf mövqe bildiriblər.

Bu qətnamə Trampın Qəzzadakı müharibəyə son qoymaq planını təsdiqləyir və Fələstin anklavı üçün beynəlxalq sabitləşmə qüvvələrinin yaradılmasına icazə verir.

Qeyd edək ki, İsrail və HƏMAS ötən ay 20 maddəlik planın birinci mərhələsi – iki illik müharibədə atəşkəs və girovların azad edilməsi barədə razılığa gəliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki