“Biznesə doğru ilk addım: Gənc qızlar üçün imkanlar” layihəsinin növbəti təlimi Zərdab Peşə Liseyində keçirildi.
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Biznesə doğru ilk addım: Gənc qızlar üçün imkanlar” layihəsinin növbəti təlimi 26 gənc qızın iştirakı ilə Zərdab Peşə Liseyində keçirildi.
Xeberaz.info xəbər verir ki, Zərdab Peşə Liseyinin direktoru Babək Mikayılov tədbiri açıq elan edərək, layihənin əhəmiyyətindən danışdı və uğurlar arzuladı.
Layihə rəhbəri Vəfa Xəlilli AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi, təşkilatımız və layihə haqqında geniş məlumat verdi.
BMT-nin Beynəlxalq Əmək Təşkilatının təlimçisi Bağı Xəlilli gənclər üçün “Öz biznesinə başla” mövzusunda təqdimat keçirib. Təlimdə biznes ideyasının formalaşdırılması, bazar və rəqiblərin təhlili ilə yanaşı, biznes planının hazırlanması, maliyyə idarəçiliyi, satış və marketinq strategiyaları barədə də ətraflı məlumat verilib.
Təlimdə iştirak edən gənclərə sertifikatlar təqdim olunub. Və təlim sonrası çay süfrəsində müzakirələr davam edib.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli