“Biznesə doğru ilk addım: Gənc qızlar üçün imkanlar” layihəsində Göyçay Peşə Liseyində təlim təşkil olundu.
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Biznesə doğru ilk addım: Gənc qızlar üçün imkanlar” layihəsinin növbəti təlimi Göyçay Peşə Liseyində keçirildi.
Göyçay Peşə Liseyinin nümayəndəsi Bahar xanım tədbiri açıq elan edərək, layihənin əhəmiyyətindən danışdı və uğurlar arzuladı.
Xeberaz.info xəbər verir ki, layihə rəhbəri Vəfa Xəlilli AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi, təşkilatımız və layihə haqqında geniş məlumat verdi.
BMT-nin Beynəlxalq Əmək Təşkilatının təlimçisi Bağı Xəlilli, GİKM-in Dağlıq Şirvan regional nümyəndəliyinin rəhbəri Coşqun İsmayılov gənclərlə söhbət aparmış, xüsusi ideyalar istiqamətində real nümunələrlə biznes ideyasının formalaşdırılması, bazar və rəqiblərin təhlili ilə yanaşı, biznes planının hazırlanması, maliyyə idarəçiliyi, satış və marketinq strategiyaları barədə də ətraflı məlumat veriblər.
Təlimdə iştirak edən gənclərə sertifikatlar təqdim olunub. Və təlim sonrası çay süfrəsində müzakirələr davam edib.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli