image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-631884107_1456570825822691_1954143333247953939_n

Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir

image-legitimaz-810x90

Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri zamanı mətbuata bəyanat vermişdir. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin gələcək inkişaf perspektivləri baxımından əlamətdar hadisədir. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr bir daha göstərdi ki, Bakı ilə Vaşinqton arasında əməkdaşlıq qarşılıqlı maraqlara və strateji baxışa əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir” fikri bu münasibətlərin mahiyyətini dolğun şəkildə ifadə edir. Cənab Prezident çıxışında bildirdi ki, “Biz, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik”.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ABŞ ilə münasibətlərini daim yüksələn xətt üzrə inkişaf etdirib. Enerji təhlükəsizliyi, regional sabitlik və beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq ikitərəfli əlaqələrin əsas sütunlarını təşkil edir. Xəzər hövzəsinin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında ABŞ şirkətlərinin iştirakı və siyasi dəstəyi xüsusi rol oynayıb. Bu əməkdaşlıq nəticəsində Azərbaycan etibarlı enerji tərəfdaşı kimi beynəlxalq aləmdə mövqeyini möhkəmləndirib.

Səfər zamanı regional təhlükəsizlik məsələləri də geniş müzakirə olunub. Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi Azərbaycanın əsas prioritetidir. Post-münaqişə dövründə aparılan bərpa və quruculuq işləri, kommunikasiya xətlərinin açılması istiqamətində atılan addımlar regionun gələcək inkişafı üçün mühüm zəmin yaradır. ABŞ-ın bu proseslərə dəstəyi və balanslı mövqeyi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

İqtisadi sahədə əlaqələrin genişləndirilməsi də diqqət mərkəzindədir. Azərbaycanda formalaşdırılmış sabit siyasi mühit, əlverişli investisiya şəraiti və strateji coğrafi mövqe ABŞ şirkətləri üçün cəlbedici imkanlar yaradır. Qarşılıqlı investisiyaların artırılması, innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verəcəkdir. Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq qalaraq, etibarlı və prinsipial tərəfdaş kimi çıxış edir. Qarşılıqlı hörmət və milli maraqların uzlaşdırılması prinsipi üzərində qurulan bu münasibətlər gələcəkdə daha da dərinləşəcək.

Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq möhkəm təməllər üzərində qurulub. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

 

Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki