image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-634855431_1460779132068527_5412547558065027211_n

Bizim gələcək üçün də açıq-aydın planlarımız var

image-legitimaz-810x90

                

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səsləndirilən “Bizim gələcək üçün də açıq-aydın planlarımız var” fikri Azərbaycanın güclü dövlətçilik ənənəsinə və strateji inkişaf xəttinə əsaslandığını nümayiş etdirir. Bu ifadə ölkənin gələcəyə təsadüfi deyil, dəqiq hesablanmış siyasət və uzunmüddətli baxışla irəlilədiyini göstərir. Azərbaycan bu gün regionda söz sahibi olan, müstəqil və qətiyyətli siyasət yürüdən güclü dövlətdir. Qazanılmış siyasi sabitlik və milli birlik ölkənin əsas dayaqlarındandır. İqtisadi potensialın artması, enerji və nəqliyyat layihələrinin uğurla icrası Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirib. Ölkə, təşəbbüsləri ilə regional əməkdaşlıq platformalarında aparıcı rol oynayır. Müasir infrastrukturun qurulması, ordunun gücləndirilməsi və müdafiə qabiliyyətinin artırılması dövlətin təhlükəsizlik strategiyasının əsas istiqamətlərindəndir. Azərbaycan öz milli maraqlarını qətiyyətlə qorumağa qadir olan güclü siyasi iradəyə malikdir. Eyni zamanda, sosial siyasət prioritet olaraq qalır, vətəndaşların rifahının yüksəldilməsi dövlət siyasətinin mərkəzində dayanır. İnsan kapitalına qoyulan investisiyalar, təhsil və innovasiya sahəsində atılan addımlar gələcəyin möhkəm təməlini formalaşdırır. Rəqəmsallaşma və müasir texnologiyaların tətbiqi ölkənin rəqabət qabiliyyətini artırır. Regionların inkişafı və böyük quruculuq layihələri Azərbaycanın dinamik inkişafını nümayiş etdirir. Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycan balanslı və müstəqil xarici siyasət yürüdür. Ölkənin artan iqtisadi gücü və geostrateji mövqeyi onu mühüm regional mərkəzə çevirib. Səsləndirilən bu fikir Azərbaycanın gələcəyə inamla, güclü dövlətçilik prinsipləri və strateji baxışla addımladığını təsdiqləyir. Qarşıdakı mərhələdə də müəyyən edilmiş planlar ardıcıl şəkildə icra olunacaq, ölkənin qüdrəti və nüfuzu daha da artacaq. Bu, güclü liderlik, möhkəm dövlətçilik və xalqın birliyi üzərində qurulan davamlı inkişaf modelinin təzahürüdür.

 

Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki