image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-66c8527076b2066c8527076b21172440433666c8527076b1e66c8527076b1f

Biz ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq

image-legitimaz-810x90

Biz ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq.

Xəbər verdiyimiz kimi, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Bu səfər iki qardaş ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında yeni səhifələrin açılması baxımından mühüm önəm kəsb edir. Nəzərə alaq ki, Özbəkistanı Azərbaycanla etnik köklər bağlayır. Tarix boyu iki türk xalqı hər zaman bir-birlərinə arxa-dayaq olublar. Eyni zamanda iki xalq arasında dərin mədəni-iqtisadi əlaqələr olub. Məsələn, Səmərqənd, Xivə, Buxara kimi şəhərlərdə Azərbaycan memarlığının nümunələri bu gün də qalmaqdadır. Özbək xalqı bu dəyərləri göz bəbəyi kimi qoruyub saxlayır. Müstəqillik illərində də iki ölkə arasında əlaqələr uğurla inkişaf etdirildi. Qarabağ və ətraf ərazilərin işğalına davamlı şəkildə etiraz edən rəsmi Daşkənd hər zaman Ermənistanı işğalçı dövlət kimi tanıdı. Təsadüfi deyil ki,  Özbəkistan Ermənistanda səfirlik açmayan yeganə MDB ölkəsidir. Təəssüf ki, əksər ölkələrdə olduğu kimi bir çox türk dövlətlərində güclü erməni diasporu var. Amma Özbəkistanda hər hansı bir erməni aktivliyini görmək mümkün deyil. Özbəkistan parlamentində bir dənə də olsun erməni deputat yoxdur. Üstəlik, azərbaycanlı ailələr orada digər ölkələrdə olduğu kimi özlərini qərib hiss etmirlər. Azərbaycan musiqisi, mədəniyyəti, tarixi özbək qardaşlarımız üçün çox maraqlı və əzizdir. Özbəkistan ərazisinə və əhalisinə görə dünyada 3-cü ən böyük türk dövlətidir. Özbəkistan uran ehtiyatlarına görə dünyada 4-cü, qızıl yataqlarına görə ilk 10 ölkədən biridir. Bundan əlavə, təbii qaz yataqlarına görə bu ölkə dünya sıralamasında 11-cidir. Son illərdə Azərbaycanla Özbəkistan arasında əlaqələr bütün sahələr üzrə şaxələnir, dərinləşir. Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin avqustunda Özbəkistana dövlət səfəri və bu səfər zamanı imzalanan müttəfiqlik münasibətləri haqqında sənəd iki ölkə arasında yeni bir səhifə açmış oldu. Prezident İlham Əliyevin ötən il Daşkəndə dövlət səfərindən keçən 313 gün ərzində iki ölkənin həm ali rəhbərləri, həm də hökumət üzvləri arasında kifayət qədər intensiv təmaslar baş verib. Statistik rəqəmlər göstərir ki, son səkkiz il ərzində Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi səkkiz dəfə, birgə istehsal həcmi isə beş dəfə artıb. 2025-ci ilin ilk beş ayında Özbəkistanla ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon dolları ötüb.

Mərkəzi Asiyanın incisi olan Özbəkistan hal-hazırda özünün renessans dövrünü yaşamaqdadır. Prezident Şavkat Mirziyoyev tərəfindən elan edilən “Yeni Özbəkistan” hədəfləri uğurla reallaşdırılmaqdadır. Prezident Şavkat Mirziyoyevin “Yeni Özbəkistan” hədəfləri ilə Prezident İlham Əliyevin “Yeni Azərbaycan” hədəflərinin ortaq cəhətləri çoxdur. Bu layihələrin hər ikisi iqtisadi-siyasi islahatların reallaşdırılmasında “Bizim maraqlarımız” ideyasına əsaslanır və bu maraqlar yalnız ölkələrin daxili sferası ilə məhdudlaşmır. Bu hədəflər ölkələrin yerləşdiyi regionun və strateji tərəfdaşların maraqlarını da nəzərə alır. Nəzərə alaq ki, iki ölkə arasında birgə İnvestisiya Fondu fəaliyyət göstərir. İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Fond artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihə artıq investisiya qərarlarının qəbulu mərhələsindədir. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında çıxışında deyib ki, bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir: “Əminəm ki, enerji, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur”.Təsadüfi deyil ki, Azərbaycan və Özbəkistan liderlərinin ortaya qoyduğu yeni vizyon konstruktiv, birləşdirici və balanslı xarici siyasət anlayışı ilə həm Şərq-Qərb, həm də TDT kontekstində bir körpü yaratmaqdadır. Göründüyü kimi Azərbaycanla Özbəkistan arasındakı tarixi bağlılıq və əlaqələr müasir çağırışlar fonunda yeni müstəviyə çıxarılaraq daha uğurlu bir şəkildə inkişaf etdirilir. Bu isə təkcə iki qardaş ölkə arasında əlaqələri şaxələndirmir, həm də Türk dövlətlərinin qüdrətini daha da artırır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki