Biz ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq.
Cənab Prezident İlham Əliyev cari ilin 2 iyul tarixində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat vermişdir. Bəyanatın nəticəsində Azərbaycan və Özbəlistan arasında olan dostluq əlaqələrinin ölkələrimiz üçün böyük önəm daşıdığının bir çox sahələr üzrə aparılacaq işlərdə önəmli razılıq əldə olunduğunun şahidi olduq. Azərbaycan və Özbəkistan arasında olan dostluq əlaqələri ölkələrimiz üçün böyük önəm daşıyır.
Cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda vacib məsələlərə toxunmuş, ötən il Daşkənddə imzalanmış Mütəffiqlik münasibətləri haqqında müqavilədən bəhs etmişdir. Cənab Prezident qeyd etmişdir ki, “Biz ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”.
Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin direktoru