image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-528776568_1310136880466087_437518526438131990_n

Bir zamanlar ancaq xəyal etdiyimiz sülh-əminamanlığı bərqərar edən siyasi, tarixi hadisələrin canlı şahidlərindən oluruq

image-legitimaz-810x90

Bir zamanlar ancaq xəyal etdiyimiz sülh-əminamanlığı bərqərar edən siyasi, tarixi hadisələrin canlı şahidlərindən oluruq.

 Müstəqil və suveren Azərbaycanımızın zəfər dolu müasir tarixinə qızıl hərflərlə daha bir şərəfli gün yazıldı. Ərazi bütövlümüzün əsas memarı olan prezident cənab İlham Əliyev avqustun 8-də ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla Cənubi Qafqaza iki xalq arasında 200 ildən sonra əbədi sülh gətirəcək Birgə Bəyannaməyə imza atdılar. Buna qədər ölkə rəhbərimizin də qeyd etdiyi kimi dünyanın qüdrətli ölkəsinin bir nömrəli ofisi olan Ağ evdə qüdrətli prezidenti Donald Tramp tərəfindən tam fərqli qarşılanmasından tutmuş yola salınmasına qədər İlham Əliyev şəxsinə göstərdiyi tam fərqli isti münasibət könülləri diqqətə gətirdi. Nümayiş etdirilən unikal kadrlar necə deyərlər, xalqımızı, millətimizi əsl sevənləri sevindirdi, sevməyən xarici düşmənləri və ən əsası “sapı özümüzdən olan” daxili düşmənləri bir daha xar etdi. Azərbaycana tez-tez nümunə göstərdikləri, hər bir cümlələrinin əzəl mübtədası olan demokratiyanın beşiyi, haqq-ədalətin bərqərar olduğu və dünyaya car olunduğu Vaşinqtonda Donald Trampın İlham Əliyev şəxsiyyətinə böyük hörmət bəsləməsi, onu və rəhbərlik etdiyi Azərbaycan xalqını dahi lider adlandırması, nadir hədiyyələr təqdim etməsi düşmənlərimizi əməllibaşlı depresiyaya uğradıb, üfunət iyi verən nəfəsləri içlərini yandırıb yaxır, açıqlarını kompüterin klavişlərindən çıxırlar. Mənim anlamımda Azərbaycanın uğuruna sevinə bilməyən, kədərini isə toy-bayram edənlər bir nömrəli vətən xainləridir. Onları tərənnüm edəcək başqa kəlmə hələ icad edilməyib. Onlar yanmaqlarında olsun, biz şərəfli  günün sevincini doya-doya yaşayaq.

Bəli, bizim üçün ayrıca özəl və gözəl məna yükü daşıyan səkkiz rəqəminə təsadüf edən tarixdə döyüş meydanında qazandığımız qalibiyyəti sülh masasında tamamlayan tarixi hadisələrə şahidlik etdik. Vallah, billah nə bəxtəvər xalqın bəxtəvər vətəndaşıyıq: – yaşadığımız mürəkkəb, mürəkkəb olduğu qədər həssas bölgədə bir zamanlar ancaq xəyal etdiyimiz sülh-əminamanlığı bərqərar edən siyasi, tarixi hadisələrin canlı şahidlərindən oluruq. Zarafat deyil, indiyə qədər qulaqlarımızı “mazol edən” “Azərbaycanla Ermənistan arasında atəşkəs pozulub”, “ATƏT-in Minsk Qrupunun üzvləri regiona səfər edib” və sair kəlmələri üzrə bəstələnən, musiqi notları üzərində köklənən xəbərləri bir daha eşitməyəcəyik. Dağlıq Qarabağ kəlməsi kimi ATƏT-in Minsk Qrupu da artıq tarixin arxivinə gömülür. Çünki qalib liderimizin 44 günlük Vətən Müharibəsi və bir günlük antiterror əməliyatından dərhal sonra prinsipial tələblərindən biri Qarabağ düyünün çözülməsi ilə ATƏT-nin yarıtmaz Minsk Qrupuna da gərək qalmaması ilə bağlı idi. Ermənistan bu tələbdən hiyləgərliklə qaçmaq istəsə də, sonunda reallığı qəbul etdi və vaxtı ilə münaqişə tərəfləri olmuş Azərbaycan və Ermənistan Vaşinqton Bəyannaməsinə vacib bir müddəa daxil etdilər. Bununla da Minsk Qrupunun ləğv olunması üçün üzv dövlətlərin rəhbərlərinə müraciət olundu. Qəbul oediləcəyinə də zərrə qədər şübhə yoxdur. Çünki əsas söz sahibi olan Donald Tramp Azərbaycanın güclü liderinin yaratdığı yeni reallığı qəbul edibsə, digərləri dünəndən buna hazırdırlar.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki