image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1667895598_1606998962_untitled-1

Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik

image-legitimaz-810x90

Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək

3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş mərasimdə Prezident İlham Əliyev tarixi əhəmiyyət daşıyan çıxış edib. Dövlət başçısı çıxışında ölkəmizin elmi inkişafından, milli dövlətçilik siyasətinin uğurlarından və Azərbaycanın müstəqillik yolunda keçdiyi şərəfli yoldan bəhs edib. O, xüsusilə yaxınlaşan 8 Noyabr – Zəfər Günü ərəfəsində xalqın birliyini və qalib Azərbaycan dövlətinin gücünü vurğulayıb:
“Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək.”

Prezidentin bu sözləri salonda böyük coşqu ilə qarşılanıb. İlham Əliyev bildirib ki, “Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək”.

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir və qarşıda keçiriləcək hərbi parad bu qüdrətin, dövlət suverenliyinin və xalq birliyinin təntənəsi olacaq. Bu paradda ölkəmizin müasir hərbi texnologiyaları, müdafiə sənayesinin nailiyyətləri və ordumuzun yüksək döyüş hazırlığı nümayiş etdiriləcək.

Azərbaycan bu Qələbədən sonra yeni dövrə qədəm qoyub – quruculuq, yenidənqurma və elm əsrinin başlanğıcı. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işləri, yaradılan “ağıllı şəhərlər” və “yaşıl enerji” layihələri bu Qələbənin davamıdır. Azərbaycan elmi və alimləri bu inkişaf prosesində mühüm rol oynayır,

Cənab Prezidentin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışı həm elmi ictimaiyyət, həm də bütün xalq üçün milli qürur və gələcəyə inam hissini bir daha gücləndirdi.

 

Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta ümumitəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki