image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-aujbikezegy4qnzxomqpbmvljty67jqzm1se8483

Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır

image-legitimaz-810x90

Qarabağ və Şərqi Zəngəzurun bərpası təkcə iqtisadi və sosial məsələ deyil, həm də milli həmrəyliyin, dövlət-vətəndaş birliyinin təcəssümüdür. İllərlə doğma torpaqlarından didərgin düşən yüz minlərlə insan indi dövlətin yaratdığı şərait sayəsində yurduna dönür. Onların qayıdışı təkcə evə dönmək deyil, həm də milli qürurun, tarixi ədalətin bərpasıdır.

Prezident İlham Əliyevin dediyi kimi, “Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq”. Bu qətiyyət bütün layihələrin əsas qayəsini təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər Azərbaycanın gücünü, dövlətin iradəsini və xalqın birliyini nümayiş etdirir.

Nəticə etibarilə, bu gün Qarabağ və Şərqi Zəngəzur yeni tarix yazır. Burada inşa olunan şəhərlər, kəndlər gələcəyin Azərbaycanının gücünü, müasirliyini, dayanıqlı inkişaf modelini əks etdirir. 12 şəhərin dirçəldilməsi və onlardan 8-nin Baş planının artıq hazır olması Böyük Qayıdışın real, praktiki mərhələyə qədəm qoyduğunu göstərir. Azad edilmiş torpaqların bərpası bir neçə il sonra təkcə Azərbaycan üçün deyil, bütün region üçün nümunə olacaq. Çünki bu layihələrdə həm müasir urbanizasiya, həm ekoloji davamlılıq, həm də tarixi-mədəni irsin qorunması birləşir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən dirçəliş Azərbaycan dövlətinin iradəsini, xalqımızın qürurunu və gələcəyə inamını təcəssüm etdirir. Qarabağda və Şərqi Zəngəzurda təkcə faydalı qazıntılar və filizlər deyil, həm də bir çox tikinti materialları olan yataqlar var. Onların inkişafı respublikanın tikinti sektorunun inkişafına müsbət təsir göstərəcək.

 

Zərdab rayon Əlibəyli kənd sakini -Şahid Şükürov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki