image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bayraq_meydani_120715

Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır

image-legitimaz-810x90

Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır

Qarabağ və Şərqi Zəngəzur artıq yalnız azad edilmiş torpaqlar deyil, həm də gələcək inkişafın, təbii sərvətlərin səmərəli istifadəsinin və milli birliyin simvoludur. Uzun illər işğal altında qalan bu ərazilərin hər qarışı indi dövlət siyasətinin mərkəzindədir. Burada aparılan geoloji tədqiqatlar təkcə təbii sərvətlərin aşkarlanmasına deyil, həm də Azərbaycanın iqtisadi gücünün və müstəqil inkişaf yolunun möhkəmlənməsinə xidmət edir.

Müasir texnologiyalardan istifadə etməklə aparılan bu işlər, Prezidentin qeyd etdiyi kimi, “peyklər vasitəsilə zondlama, təbii resursların aşkarlanması və tədqiqi” kimi ən qabaqcıl elmi metodlara əsaslanır. Bu, həm də Azərbaycanın elmi potensialının praktiki həyata keçməsinin bariz nümunəsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bu genişmiqyaslı geoloji layihələr ölkənin sənaye sektoruna yeni nəfəs gətirir, minlərlə iş yerinin yaradılmasına, regionun sosial-iqtisadi inkişafına şərait yaradır.

Bu gün azad edilmiş ərazilərdə aparılan hər bir tədqiqat, hər bir inşaat işıqlı gələcəyin təməlini qoyur. Qarabağda həyat bərpa olunur, kəndlər və şəhərlər dirçəlir, yollar çəkilir, sənaye zonaları yaradılır. Geoloji tədqiqatlar isə bu prosesin elmi və iqtisadi dayağıdır. Azərbaycan xalqı artıq yalnız zəfərlə deyil, quruculuqla, yaradıcılıqla da dünyaya nümunə göstərir. Hər bir Azərbaycan vətəndaşı üçün bu çağırış həm qürur, həm də borcdur – doğma torpaqlarda gedən böyük işlərin bir hissəsi olmaq, ölkəsinin gələcəyinə töhfə vermək, bərpa edilən Qarabağın hər daşında, hər ocağında öz əməyinin izini qoymaq. Qarabağda aparılan bu geoloji işlər təkcə sərvət axtarışı deyil – bu, dövlətin və xalqın gələcəyə yönəlmiş möhkəm iradəsinin təcəssümüdür.

 

Zərdab rayonu, Gəlmə kənd sakini, kənd ağsaqqalı Abbasov Mirzə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki