Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev dünyasını dəyişib.
“Xeberaz.info” Bakupost.az-a istinadla xəbər verir ki, 20 yaşlı Fariz hərbi xidmətə bir ay öncə başlayıbmış.
Andiçmə mərasimindən sonra Daxili Qoşunların Qubada yerləşən N saylı hərbi hissəsinə göndərilən əsgər üç gün sonra – mayın 10-da dünyasını dəyişib.
İddialara əsasən, qızdırması olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.
Qeyd edək ki, əsgərin ölümü ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.