image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-prezident-musahibe-ifnpc7

Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür

image-legitimaz-810x90

Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür

Prezident cənab İlham Əliyevin Davosda “Euronews” telekanalına verdiyi müsahibə ölkənin regional və qlobal mövqeyini əks etdirən mühüm siyasi bəyanat oldu. Yanvarın 20-də Ümumdünya İqtisadi Forumu çərçivəsində verilən bu müsahibə Cənubi Qafqazda sülh prosesindən tutmuş beynəlxalq münasibətlərin gələcəyinə qədər geniş spektrdə məsələləri əhatə etdi. Müsahibəyə beynəlxalq münasibətlərin transformasiyası mövzusu ilə başlayan Prezident cənab İlham Əliyevin qlobal sistemin fundamental şəkildə yenidən qiymətləndirilməsi mərhələsində olduğumuzu vurğuladı. Cənab Prezidentin sözlərinə görə, müasir beynəlxalq münasibətlərdə artıq hüquq normaları deyil, güc amili hakim mövqe tutur. Bu reallıq müxtəlif regionlarda baş verən hadisələrdə özünü göstərir: Hər bir ölkə öz strategiyasını və siyasətini öz potensialına əsaslandırmalı, ilk növbədə regionunda, sonra isə qlobal miqyasda mümkün qədər çox ölkə ilə yaxşı münasibətlər qurmalıdır” – bu formula Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin mahiyyətini əks etdirir. Cənab Prezident qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi siyasi inkişaf yolu, suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüquq və ümumi dəyərlər çərçivəsində olub. Bu yanaşma kiçik və orta ölkələr üçün milli maraqları qoruyarkən beynəlxalq normalardan kənara çıxmadan fəaliyyət göstərmək nümunəsidir.

Müsahibənin ən əhəmiyyətli hissələrindən biri Ermənistanla sülh prosesinə həsr olundu. Prezident cənab İlham Əliyev açıq şəkildə bildirdi ki, müstəqillik tarixində Azərbaycan heç vaxt sülh şəraitində yaşamamışdır. “Biz sülh şəraitində cəmi beş-altı ay yaşayırıq və bunu öyrənirik. Bu, xüsusi bir hissdir” – bu sözlər 30 ildən artıq davam edən münaqişənin arxada qaldığını və yeni dövrün başlandığını simvolizə edir. Sülh prosesinin deklarativ deyil, praktik xarakter daşıdığını göstərən konkret faktlar müsahibədə xüsusi yer tutdu. Əlavə olaraq qeyd edilməlidir ki, keçən il avqust ayında Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması tarixi əhəmiyyət daşıyır və prosesə ABŞ-ın da daxil olması onun beynəlxalq tanınmasını təmin edir. Müsahibə zamanı qeyd olunan Zayid Mükafatının verilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Bu mükafat təkcə Prezident cənab İlham Əliyevin şəxsi nailiyyəti, eyni zamanda ölkənin regionda sülh və sabitliyin təmin edilməsində oynadığı rolun beynəlxalq tanınmasıdır.

 

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki