Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür.
Bu il yanvarın 19-da İsveçrənin Davos şəhərində Davos Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı başlayıb.Toplantı yanvarın 23-dək davam edəcək. Davos Dünya İqtisadi Forumunun budəfəki mövzusu “Dialoq Ruhu” kimi müəyyən edilib.Toplantıda 65 dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri, aparıcı biznes və maliyyə qurumlarının nümayəndələri bir araya gələrək qlobal iqtisadiyyat, geosiyasi proseslər, süni intellekt,iqlim dəyişikliyi və sair bu kimi məsələləri müzakirə edirlər.Davos Forumunun müzakirələrində 2026-cı il üçün beş müəyyənedici sual əsas yer tutur: 1.Getdikcə rəqabətli dünyada necə əməkdaşlıq edə bilərik? 2.Yeni artım mənbələrini necə aça bilərik? 3.İnsanlara necə daha yaxşı investisiya qoya bilərik? 4.Miqyaslı və məsuliyyətli şəkildə necə innovasiya edə bilərik? 5.Planet hüdudları daxilində necə rifah qura bilərik? Davos Dünya İqtisadi Forumunun 56-cı illik toplantısındakı müzakirələrdə müasir dünyanın çağırışlarına,eləcə də 2026-cı il üçün beş müəyyənedici suala münasibətdə qlobal və regional kontekstlərdə mesajlar verilməyə başlayıb.Həmin mesajlar arasında Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə səslənən məsələlər də xüsusi yer tutur.Bu müsahibədə toxunulan məsələlər və verilən mesajlar sürətlə dəyişən və proqnozlaşdırılması mümkün olmayan yeni dünya düzənində Azərbaycanın yeri və rolu,qlobal və regional kontekstdə gözləntilər,eləcə bir sıra məqamlarına görə Davos Forumunda müzakirələrdə 2026-cı il üçün beş müəyyənedici sual kontekstində də diqqətçəkəndir. Prezident İlham Əliyev müsahibədə öncə Azərbaycanın ərazi bütövlüyünün bərpası və və süvernliyinin təmin etməsinə münasibətdə bir daha nəzərə çatdırıb ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüququn tanıdığı legitim haqlar əsasında beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun reallaşdırıb. Prezident son vaxtlar beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərdən danışarkən xüsusi vurğulayıb ki, yeni eraya qədəm qoyan beynəlxalq münasibətlərin bugünkü vəziyyətini qanunun aliliyi deyil, güc qaydası idarə edir. Bu,”bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.” Bu cavab bir mesajdır ki,dünyanın qanunların aliliyindən daha çox gücün aliliyi dövrünə qədəm qoyduğu hazırkı şəraitdə ən optimal yol hər bir ölkənin ilk növbədə öz potensialına güvənməsi,öz strategiyasını milli maraqlarına uyğun qurması, həm mənsub olduğu bölgədə,həm də geniş anlamda ölkələrlə qarşılıqlı hörmət və qarşılıqlı faydalılıq prinsipləri əsasında yaxşı münasibətlər qurmaqdır. Prezidentin müxbirin Azərbaycanın qonşusu İranda cərəyan edən hadisələrlə bağlı sualını cavablandırarkən bildirib ki,”Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil.Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.” Müsahibənin çox vacib məqamlarından biri də Cənubi Qafqazda yaranmış yeni reallıqlarla bağlıdır. Azərbaycan prezidenti müxbirin “Cənubi Qafqazda risk ilə imkanlar arasında cari tarazlığı necə dəyərləndirirsiniz” sualına cavab olaraq bildirib ki, “Bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir.Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların,ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur.Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq.” Azərbaycan Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdidiyi kimi, postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mükünsüz görünən nəticələr seriyasını davam etdirir.Azərbaycanın ərazi bütövlüyünün bərpası və süverenliyin təmin olunması uğrunda mübarizədəki möhtəşəm qələbəsi sayəsində yaratdığı yeni situasiyada Cənubi Qafqazda uzun illər tətbiq edilən təsir rıçaqları artıq öz təsir gücünü itirib,diqtə olunan köhnə qaydalar da artıq işləmir.Bu kontekstdə ötən ilin avqustunda Vaşinqtonda imzalanan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş yaşadığımız bölgənin gələcək geosiyasi mənzərəsini şəkilləndirməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Vaşiqton razılaşmasnda nəzərdə tutulanların sistemli şəkildə həyata keçirilməsi Cənubi Qafqaza münasibətdə məkrli ssenarilərə əsaslanan siyasətin kitabını bağlayıb, regionumuz üçün dayanıqlı sülh və sabitliyə dair yeni kitabda yeni səhifələr açıb. Azərbaycan beynəlxalq münasibətlər sistemində yeni orbitə çıxır. Bütün bunlar göstərir ki,Azərbaycan prezidentinin Cənubi Qafqazda yaranmış yeni reallıqlar kontekstində Azərbaycan-Ermənistan münasibətləri barədə söylədikləri bütün dünyaya mesajdır ki, Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə atdığı addımlar qalib dövlət olaraq Cənbu Qafqazda yaratdığı yeni situasiyadan yaşadığımız regionun tərəqqisi naminə bütün region dövlətlərinin faydalanmasını istəyir və bu əsasda Azərbaycan-Ermənistan münasibətlərində dayanıqlı sülhə,qarşılıqlı faydalı əməkdaşlığa və uzunmüddətli sabitliyə üstünlük verir.Bu yanaşma öz öptimallığı, mütərəqqiliyi ilə yanaşı,həm də bütün ölkələrin regional sabitliyə və təhlükəsizliyə töhfə verməsinin zəruliyi baxımından da mühüm əhəmiyyət kəsb edir
Zərdab rayon Heydər Əliyev Mərkəzini Elmi işçisi – Alagöz Namazova

























