image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-eliyev-erdogan-sened

Bəyannamənin azad edilmiş Şuşada

image-legitimaz-810x90

Bəyannamənin azad edilmiş Şuşada – erməni vandalizminin izlərini daşıyan, 30 il düşmən tapdağında qalmış şəhərdə imzalanması isə olduqca simvolikdir

Bir tərəfdə xarabalığa çevrilmiş mədəni irs, digər tərəfdə isə iki dövlət başçısının sülh, əməkdaşlıq və sabitliyə çağırışları… Bu mənzərə təkcə Ermənistanın deyil, bütün dünya ictimaiyyətinin görməli olduğu geosiyasi və mənəvi mesaj idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında dünya ictimaiyyətinə etdiyi çağırış xüsusi vurğulanmalıdır: “Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik…” Bu çağırış Ermənistan daxil olmaqla, regionda sabitliyə mane olan bütün aktorlar üçün aydın xəbərdarlıq idi: yeni dövr başlamışdır, Azərbaycan artıq tək deyil, güclü müttəfiqlik platforması ilə regional dinamikanın aparıcı tərəfidir. Bəyannamədə həmçinin Qarabağın bərpası, təhlükəsizliyinin təmin olunması və gələcək inkişafı istiqamətində iki ölkənin resurslarının səfərbər ediləcəyi rəsmən bəyan edilmişdir. Bu da təkcə siyasi niyyət bəyanatı deyil, həm də əməli fəaliyyət üçün yol xəritəsidir.

Həmin sənəddə diqqəti cəlb edən əsas məsələlərdən biri də beynəlxalq əhəmiyyət daşıyan irimiqyaslı layihələrin icrası ilə bağlıdır. Bu kontekstdə xüsusilə Cənubi Zəngəzur dəhlizi layihəsi ön plana çıxır. Sözsüz ki, bu dəhliz təkcə regional deyil, həm də qlobal miqyasda mühüm geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. Layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə uzanan, müxtəlif dövlətlərin maraqlarını birləşdirən və qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirən yeni bir strateji yol xətti formalaşacaqdır. Zəngəzur dəhlizinin gündəmə gəlməsi və reallaşması, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi düzənin məntiqi nəticəsidir. Bu dəhliz təkcə nəqliyyat baxımından deyil, həm də bölgədə sülh, sabitlik və əməkdaşlıq mühitinin qurulması baxımından önəm daşıyır. Bu layihə həm də Türk dünyasının fiziki inteqrasiyasını təmin edən mühüm infrastruktur komponentidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də bu məsələyə dair mövqeyi tamamilə aydındır. O, çıxışlarının birində qeyd edib: “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”. Bu bəyanat, layihənin reallığa çevrilməsi istiqamətində Azərbaycan dövlətinin siyasi iradəsini və qətiyyətini əks etdirir. Bu sözlər eyni zamanda, layihə ətrafında səsləndirilən müxtəlif şübhə və fərziyyələrə ən qəti və aydın cavabdır. Azərbaycan bu layihə ilə regionda yeni əməkdaşlıq platformalarının əsasını qoyur və ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlar atır. Eyni zamanda, bu təşəbbüs ölkəmizin müstəqil və çevik xarici siyasətinin, regional liderlik potensialının daha bir təzahürüdür.

Türkiyə, digər bir sıra müttəfiqlərimiz kimi, bizə hər zaman dəstək olmuş və xüsusilə çətin dövrlərdə böyük yardım göstərmişdir. Bu kontekstdə qeyd etmək yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan-Türkiyə münasibətlərinin strateji əsaslar üzərində qurulmasına böyük töhfə vermişdir. Onun “bir millət, iki dövlət” tezisi bu gün də iki qardaş ölkə arasındakı münasibətlərin əsas ideoloji dayağı olaraq qalmaqdadır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki