image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1718179761_5rvuvdx5ko_01

Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət ilə bağlı müddəa da yer almışdır

image-legitimaz-810x90

Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət ilə bağlı müddəa da yer almışdır

2021-ci ilin 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki qardaş ölkənin birliyini sarsılmaz hala gətirdi. Həm Şuşa şəhərində imzalanması həmdə tarixi Qars müqaviləsinə istinad etməsi və Qars müqaviləsinin imzalanmasından yüz il ötdükdən sonra imzalanan bəyannamə özlüyündə mühüm rəmzi məna daşıyır. Tarixi Qars müqaviləsinin imzalanmasından yüz il sonra düşmən tapdağından azad edilmiş qədim və müqəddəs yurdumuz olan Şuşa şəhərində imzalanan müttəfiqlik haqqında Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə respublikalarının  sarsılmaz birliyinin gələcək istiqaməti haqqında xarici qüvvələrə verdiyi ən güclü mesajlardan biridir. Şuşa bəyannaməsi özündə eyni zamanda iki ölkənin əlaqələndirilmiş, müntəzəm ikitərəfli siyasi məsləhətləşdirilmiş, birgə strateji məqsədlər naminə uyğunlaşdırılmış xarici siyasət yürüdəcəyini ehtiva edir. Bu istiqamətdə həm Azərbaycanın həmdə qardaş Türkiyə Respublikasının Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərməsi son dərəcə əhəmiyyət kəsb edir. Hər iki tərəf öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil, əlaqələndirilmiş, qarşılıqlı xarici siyasət həyata keçirir. Tarixi Şuşa Bəyyannaməsinə əsasən Azərbaycan və Türkiyə Respublikaları beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həllində birgə fəaliyyət həyata keçirəcəklər. Ümumi olaraq nəzər saldıqda məlum olur ki, mühüm beynəlxalq arenalarda Azərbaycan və Türkiyə vahid mövqedən çıxış etmişlər. Hətta vurğulamaq yerinə düşər ki, ölkəmizin olmadığı bəzi siyasi səhnələrdə Türkiyə Azərbaycanı, Türkiyənin təmsil olunmadığı bəzi siyasi sərgilərdə isə Azərbaycan qardaş Türkiyəni müdafiə etmişdir. Dünyada bu qədər yaxın, bir-birinə dost, qardaş olan başqa dövlət, xalq yoxdur. Şuşa Bəyannaməsində müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin yer alması mühüm tarixi naliyyətdir. Əminliklə söyləmək olar ki, iki dost və qardaş ölkə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əməkdaşlıq həm ölkəmizin həmdə Türkiyənin hərbi qüdrətinin artırılmasına hesablanmış mühüm əhəmiyyətli tarixi hadisədir. Bu hər iki ölkənin müxtəlif silah və texnikaları daxildə istehsal edəcəyini özündə ehtiva edir ki, buda hərbi texnika və silah təminatı sarıdan xarici dövlətdərdən asılılığı minimuma endirəcək. Biz İkinci Qarabağ müharibəsində pilotsu uçuş aparatlarının oynadığı rolu qiymətləndirdikdə yerli istehsalın nə qədər mühüm və vacib olduğunu dəyərləndirə bilərik. Sevindirici haldır ki, hər iki ölkənin müdafiə sənayesindəki qarşılıqlı fəaliyyətində Azərbaycan istehsal mərkəzi kimi inkişaf edəcəkdir. Hər iki dövlət silahlı qüvvələrin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli  struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişlər. Ümumi olaraq vurğulamaq lazımdır ki, Şuşa Bəyannaməsi tarixi, milli, mədəni, etnik köklərlə bir-birinə bağlı olan iki qardaş ölkənin, iki xalqın sarsılmaz birliyini, vahid məqsəd və möqeyini dünyaya bir daha sübut etdi.

 

  1. Zərdabi adına Əlvənd kənd tam orta məktəbinin direktoru E. Xəlilov.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki