Bayrağa hörmət və sevgi xalqın öz milli dəyərlərinə, dövlətinə və azadlığına olan münasibətini göstərir
Azərbaycan xalqının əsrlərlə formalaşmış mənəvi dəyərləri, milli kimliyi və dövlətçilik ənənələri bu gün “azərbaycançılıq” ideologiyası adı altında birləşir. Bu məfkurə xalqımızın birliyinin, həmrəyliyinin və dövlətçiliyimizin möhkəm dayağıdır. “Azərbaycançılıq” yalnız milli kimliyi ifadə etmir, həm də bütün azərbaycanlıların – istər ölkə daxilində, istərsə də diasporada yaşayan soydaşlarımızın – mənəvi birliyinin rəmzidir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı bu birliyin və həmrəyliyin ən parlaq ifadə formalarından biridir. Bayraq hər bir xalq üçün müqəddəs rəmz, milli qürur mənbəyidir. O, millətin varlığını, azad yaşamaq iradəsini və müstəqil dövlətə sahib çıxmaq bacarığını əks etdirir. Bayrağımızın üç rəngi – mavi, qırmızı və yaşıl – azərbaycanlıların tarixini, ideallarını və gələcəyə inamını özündə birləşdirir. Mavi türk kimliyini, qırmızı müasirlik və inkişafı, yaşıl isə İslam mədəniyyətinə bağlılığı simvolizə edir.
Bayrağa hörmət və sevgi xalqın öz milli dəyərlərinə, dövlətinə və azadlığına olan münasibətini göstərir. Hər dəfə üçrəngli bayrağımız dalğalanarkən, biz təkcə bir parçanı deyil, xalqın iradəsini, birliyini və mübarizə ruhunu görürük. Bu bayraq uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsi hər bir vətəndaş üçün müqəddəs and yeridir.
Milli həmrəyliyin əsasını təşkil edən “azərbaycançılıq” ideyası Ulu Öndər Heydər Əliyev tərəfindən dövlət siyasətinə çevrilmiş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu ideya cəmiyyətin bütün təbəqələrini vahid məqsəd – müstəqil, güclü, ədalətli və inkişaf etmiş Azərbaycan naminə birləşdirir.
Azərbaycan bayrağı sadəcə bir simvol deyil, həm də Azərbaycan xalqının milli kimliyini və birlik ruhunu təmsil edən bir dəyərdir. Bayraq, Azərbaycan xalqının keçmişinə, mübarizələrinə və gələcək ümidlərinə işarə edir. Bu bayraqaltında xalq, müstəqillik,azadlıq və suverenlık uğrunda birləşmişdir.
Bayraq, Azərbaycan Respublikasının hər bir vətəndaşı. Bizim hər birimizin qürur mənbəyidir.Bayrağın rəsmi tədbirlərdə,dövlət tədbirlərində. Beynəlxalq arenalarda və idman yarışlarında dalğalanması, Azərbaycan xalqının suverenliyini və milli iradəsini nümayiş etdirir. Bayrağımızın üç rəngi və simvolları. Hər Azərbaycan vətəndaşının ürəyində milli birlik və qürur hissi yaradır.
Hər il 9 noyabr tarixində qeyd olunan Dövlət Bayrağı Günü, Azərbaycan bayrağının əhəmiyyətini onun milli kimliyindəki rolunu vurğulamaq üçün təsis edilmişdir. Bu gün xalqımızın bayrağına olan sevgi və hörmətini nümayiş etdirmək, eyni zamanda, gənc nəsillərə milli dəyərləri aşılamaq üçün vacib bir fürsət yaradır.
Azərbaycan bayrağı, ölkənin milli kimliyinin, tarixinin və mədəniyyətinin güclü bir simvoludur. Mavi, qırmızı və yaşıl rənglər, Azərbaycan xalqının etnik mənsubiyyətini, müasirliyə olan bağlılığını və dini kimliyini əks etdirir. Təsis olunduğu gundən bəri bütün illərdə olduğu kimi bu ildə də, yəni 2025-ci ildə də Azərbaycan bayrağı, xalqın suverenliyini, müstəqilliyini və gələcək uğrunda birgə səylərini təmsil edən bir simvol olaraq dalğalanmağa davam edir. Bu bayraq, Azərbaycan xalqının milli qürurunu birlik ruhunu ifadə edən bir rəmzdir.
Azərbaycan bayrağı Azərbaycanın dövlət rəmzi olaraq ölkəmizin hər yerində qürurla dalğalanır.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru




















