image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Bax bu, ədalətin tam təntənəsidir

image-legitimaz-810x90

Bax bu, ədalətin tam təntənəsidir

Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı: “Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada, xüsusilə, Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində silsilə tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Məhz təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir”.

Xocalıda Soyqırımı Memorial Kompleksin açılışı bir daha təsdiqlədi ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gələ bilməz. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmayıb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ildə qazandığı Zəfərdən və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi təmin edildi. Həmin dövrdə vaxt cənab Prezidentimiz demişdir ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. İşğalçı Ermənistana, Qarabağda kök salmış separatçılara havadarlıq edən ermənipərəst dövlətlər, həmçinin ikili siyasət yeridən beynəlxalq təşkilatlar Azərbaycan Ordusunun qarşısında cəmi 44 gün davam gətirə bildi. Bütün şəhidlərimizin qisası alındı. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında canını qurban vermiş şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşadacaq. Xalqımız heç vaxt nə Xocalı soyqırımını, nə də Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa cinayətləri unudacaq.

Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Dünyada nadir halda ölkələr tapılar ki, müharibədə tam və mütləq qələbə qazansın, hər qarış torpağını azad edərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa etsin, həmçinin müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunların hamısını cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycan dövləti etdi.

 

Əsgərxan İsazadə – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki