image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-499260989_3197608073730084_5338967979021923498_n

Baramaçılığın inkişafı istiqamətində Zərdab rayonunda həyata keçirilən tədbirlər davam etdirilir-FOTO

image-legitimaz-810x90

Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda həyata keçirilən tədbirlər davam etdirilir.

”Xeberaz.info” xəbər verir ki, 2025-ci ilin məhsulu üçün 650 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanmışdır. Hazırda ipəkqurdu bəslənmə mərhələsindədir. Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Aparatın digər vəzifəli şəxslərinin və İƏD üzrə nümayəndələrin iştirakı ilə rayon ərazisində ipəkqurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olur, qurdlara baxış keçirir və onların yemlə təminatının vəziyyəti ilə maraqlanır. 19 may 2025-ci il tarixdə rayonun Gəlmə və Əlibəyli kənd İƏD üzrə nümayəndəliklərinin ərazilərində ipəkqurdlarının vəziyyətinə baxış keçirilmiş, kümçülərə barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilmişdir.

image-499260989_3197608073730084_5338967979021923498_nimage-499527757_3197608120396746_5205367682028606210_nimage-499513451_3197608180396740_3090873693497188638_nimage-499657905_3197608240396734_547665380086052110_nimage-493925074_3197608297063395_1023160059096516617_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki