image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-qadin-bicaq

Bakıda qadın ehtiyatsızlıqdan sevgilisini öldürdü

image-legitimaz-810x90

Bakıda qətl hadisəsi baş verib.

”Xeberaz.info” xəbər verir ki, hadisə avqustun 18-də gecə saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki