image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8384efc1bb1bb38209c5a911b356b5e6

Bakı Metropolitenində qeyri-adi hadisə – qadın “20 Yanvar” stansiyasında ana oldu

image-legitimaz-810x90

Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.

”Xeberaz.info” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.

Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.

Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki