image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-pozitiv

Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır

image-legitimaz-810x90

Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirdə iştirakçılara müraciətində bildirb ki, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir. Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi “Bakı Enerji Həftəsi” beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir. Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı isə dayanıqlı enerji strategiyasının əsas istiqamətidir. Uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Həyata keçirilən təşəbbüslər, həmçinin ətraf mühitin qorunmasına məsuliyyətli münasibətimizi və enerji sahəsində liderlik iddiamızı əks etdirir. “Əminəm ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq, beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir”, – deyə Prezident vurğulayıb. Bu gün Azərbaycan özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi uğurla təmin etmək üzrədir. Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, 8 dövlətə qaz nəql edir. Baxmayaraq ki, müəyyən dairələr Azərbaycanın Avropanın artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmaması barədə ardıcıl şayiələr tirajlayırdı. Lakin Prezident İlham Əliyevin formalaşdırdığı konfiqurasiya həmin əsassız kampaniyalar seriyasına uğurlu cavab oldu. Xüsusən Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar hesabına ölkəmiz bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. Amma başqa bir reallıq da var ki, Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görür. Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də Prezident cənab İlham Əliyevin mövqeyi kifayət qədər aydındır – Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib.

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.

 

 

Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji diplomatiyası həmin strateji baxışın davamı olaraq regionda sabitliyin və əməkdaşlığın mühüm dayağı kimi çıxış edir. Hazırda ölkənin ümumi daxili məhsulunda (ÜDM) neft və qaz sektorunun payı 30 faizdən artıqdır. Bu faktor ölkənin enerji sektorunun hələ də iqtisadiyyatda əsas rol oynadığını göstərsə də, paralel şəkildə həyata keçirilən şaxələndirmə siyasəti iqtisadi sabitliyə və sosial rifaha xidmət edir. Xarici borcun ÜDM-ə nisbətinin 7 faizdən aşağı olması və strateji valyuta ehtiyatlarının borcdan 14 dəfə çox olması Azərbaycanın maliyyə dayanıqlığının nümunəvi modelini ortaya qoyur. Təhsil və insan kapitalı sahəsindəki investisiyalar nəticəsində ölkədə savadlılıq səviyyəsi 100 faizə çatıb. İnfrastruktur sahəsində isə həm regional, həm də beynəlxalq yükdaşımalar üçün müasir dəmir yolları, hava və dəniz limanları, avtomobil magistralları yaradılıb ki, bu da Azərbaycanı Avrasiya üçün tranzit mərkəzinə çevirib. Azərbaycanın enerji siyasəti yalnız iqtisadi məqsədlərlə məhdudlaşmır, eyni zamanda geosiyasi əhəmiyyət daşıyır. Xəzər dənizindən Qara və Aralıq dənizləri istiqamətində uzanan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi transmilli layihələr ölkəmizi qlobal enerji xəritəsində əsas aktorlardan birinə çevirib. Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə ixrac edir və bu rəqəm qarşıdakı illərdə daha da artacaq. Təkcə 2024-cü ildə 25 milyard kubmetr qaz ixrac olunub, 2030-cu ilədək isə bu göstəricinin 33 milyard kubmetrə çatdırılması planlaşdırılır. Yeni kəşf edilmiş yataqlardan hasilatın artması və müasir texnologiyaların tətbiqi bu məqsədlərə çatmaq üçün möhkəm zəmin yaradır. Dövlətimizin başçısı qeyd edib ki, açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik: “Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib”. Prezident cənab  İlham Əliyev çıxışında, həmçinin Azərbaycanın yaşıl enerji gündəliyinə də toxunub. 2030-cu ilə qədər ölkədə bərpaolunan enerji mənbələri əsasında 6,5 giqavat gücündə elektrik enerjisi istehsalı planlaşdırılır. Bu göstərici ümumi enerji balansının təqribən 35 faizini təşkil edəcək və həm daxili enerji tələbatının ödənilməsinə, həm də ixraca yönəlmiş qaz ehtiyatlarının optimallaşdırılmasına şərait yaradacaq. Bu məqsədlə xarici investorlarla artıq müqavilələr imzalanıb və layihələrin icrası sürətlə davam etdirilir. Azərbaycanın COP29-un ev sahibi kimi seçilməsi isə ölkənin beynəlxalq etimad qazandığını, iqlim dəyişiklikləri ilə mübarizədə konstruktiv və məsuliyyətli mövqe sərgilədiyini göstərir. Real iqtisadi əsaslara söykənən yaşıl keçid siyasəti həm enerji təhlükəsizliyi, həm də ekoloji məsuliyyət baxımından balanslı yanaşma tələb edir. Prezident cənab  İlham Əliyev vurğulayıb ki, bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi: “Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır”. Azərbaycanın strateji təşəbbüsləri və məqsədyönlü fəaliyyəti Qlobal Şimal və Qlobal Cənub arasında qarşılıqlı etimadın qurulmasına xidmət edir. Bu, ölkəmizin Avrasiyada mühüm dialoq və əməkdaşlıq platforması olduğunu bir daha təsdiqləyir.

Zərdab Gənclər evi SXM-in metodisti –Cəlal Mecidli.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki