Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır
Ölkəmiz neft, qaz kimi qiymətli sərvətlərə malikdir və neft, qaz ixrac edən ölkə kimi hər zaman dünyanın diqqət mərkəzində olmuşdur. Xüsusilə dünyanın qoca qitəsi hesab olunan Avropa öz enerji təhlükəsizliyi siyasətində Azərbaycanla yaxından əməkdaşlığa çalışır. Neft, qaz kimi qiymətli sərvətlərə malik olmasına baxmayaraq ölkəmiz hər zaman yaşıl enerji kimi enerji növlərinin inkişafına xüsusi diqqət ayırmışdır. Bu sahənin inkişaf etdirilməsi üçün son zamanlar dövlətimiz tərəfindən böyük layihələrin icra olunması, yeni sərmayələrin qoyulması olduqca təqdirəlayiq addımdır. Yaşıl enerj, ətraf mühitə minimal təsir edən və davamlı şəkildə əldə edilən enerji növlərini ifadə edir. Yaşıl enerji istehsalını artırmaqda əsas məqsəd fosil yanacaqlardan istifadəni azaltmaqla atmosferin çirkənməsinin, iqlim dəyişikliyinin qarşısını almaqdır ki, buda bəşəri problemlərin aradan qaldırılmasına xidmət edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqlim dəyişikliyi, qlobal istiləşmə, atmosferin çirklənməsi kimi ümumbəşəri problemlərin qarşısının alınmasında yaşıl enerjidən istifadə etmək, yaşıl enerjidən istifadəni artırmaq istiqamətində dünyanın digər ölkələrinə örnəkdir. Yaşıl enerjinin təkrar istifadə olunan mənbələrə sahibdir. Bu mənbələrə günəş, külək, su və biomassa kimi təkrar istifadə oluna bilən enerji mənbələri daxildir. Xüsusilə vurğulamaq lazımdır ki, yaşıl enerjinin istehsalı zamanıətraf mühitə zərərli tullantılar və qazlar (məsələn, karon dioksid və digər istixana qazları) yayılmır. Bu səbəbdən yaşıl enerji ekoloji baxımdan daha təmiz və qiymətlidir. Eyni zamanda qeyd etmək yerinə düşrki yaşıl enerji mənbələri davamlılıq xüsusiyyətinə malikdir yəni onlardan istifadə zamanı təbii sərvətlərin tükənməsi baş vermir. Ekoloji problemlərin dünya miqyasında qarşısının alınmasında yaşıl enerjidən istifadə ən yaxşı metod hesab olunur. Bu prosesi əvvəlcədən görən Ulu Öndər Heydər Əliyev hələ neçə illər öncə demişdir : “… Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir…” Müasir dünyamızda insanlara təmiz hava və su qədər elektrik enerjisidə lazımdır və havanı, suyu, ətraf mühiti çirkləndirmədən bu enerjini əldə etmək böyük naliyyət hesab olunur. Ölkəmizdə il ərzində 270 küləkli və 300 günəşli günün olmasını nəzərə alsaq günəş və külək energetikasının surətli inkişaf perspektivi mövcuddur. Bu istiqamətdə Cənab Prezident İlham Əliyev 2019-cu ilin 5 dekabr tarixində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalamışdır. Hal-hazırda ölkəmizdə yaşıl enerjidən istifadə istiqamətində ciddi layihələr icra olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyun ayının 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edərkən yaşıl enerjinin ölkəmiz üçün nə qədər əhəmiyyətə malik olduğuna diqqət çəkərək vurğuladı ki, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək.
Elvin Xəlilov H. Zərdabi adına Əlvənd kənd tam orta məktəbin direktoru
Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu.
Bu gün regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 30-cu dəfə fəaliyyətə başlayır. Təşkil edildiyi illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub. Bakı Enerji Həftəsinin təşkilatçıları artıq uzun illərdir ki, yubiley dövrlərində xüsusi tədbirlər keçirmək ənənəsini formalaşdırıblar. Bu il də istisna olmayacaq. Bakı Enerji Həftəsinin 30 illik yubileyi çərçivəsində təşkilatçılar xüsusi proqram hazırlayıblar. Enerji sahəsi üzrə ən yüksək nəticə göstərən və universiteti uğurla bitirən tələbələrin mükafatlandırılması ənənəsi bu il də davam etdiriləcək: Bakı Ali Neft Məktəbinin iki seçilmiş məzununa sərginin təşkilatçıları tərəfindən təqaüd veriləcək.
Forum çərçivəsində aparılacaq müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.
Forum gələcəyi formalaşdıran ideyalarla tanış olmaq üçün unikal imkan yaradır. Təşkilatçıların dəvəti ilə dünyaca tanınmış qlobal biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq “bestseller” kitabların müəllifi Kyel A. Nordström 30-cu Yubiley Bakı Enerji Forumunda iştirak edəcək. İyunun 4-də Bakı Konqres Mərkəzində tanınmış məruzəçinin xüsusi çıxışı olacaq. Müasir dövrün ən parlaq mütəfəkkirlərindən biri olan Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşəcək.
Gələcəyi proqnozlaşdırmaq kimi unikal bir bacarığı ilə seçilən Kjell A.Nordström dünyanın ən sevilən və tələb olunan natiqlərindən biridir. Transmilli təşkilatlar üzrə ekspert olan Nordström 1990-cı illərdən bəri şirkətlərin, hətta bütöv cəmiyyətlərin inkişaf və böhran dövrlərindən uğurla çıxmasına yardım edib. Onun peşəkarlığı, detallara iti baxışı və dərin təcrübəsi çıxışlarını təsirli edir və auditoriyasında demək olar ki, heç kəsi laqeyd buraxmır. Nordströmün Bakı Enerji Forumunda çıxış etdiyi sessiya gələcəyin iqtisadiyyatı, yeni yanaşmalar və enerji sahəsində qlobal tendensiyalara həsr olunmuş maraqlı bir diskussiya olacaq. Bu sadəcə bir çıxış deyil, eyni zamanda, artıq bu gündən fəaliyyətə ilham verən ideyalarla dolu unikal bir görüşə çevriləcək. Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutacaq. Uzun illərdir ki, “Baku Energy Week” çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.
Yarandığı gündən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrilib. Keçirildiyi 30 il ərzində “Baku Energy Week” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə vermiş, dünyanın 80 ölkəsindən 9000-dən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib. Bu il “Baku Energy Week” 39 ölkədən 267 şirkəti qəbul edir. Ölkələr arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir. Sərgi çərçivəsində neft-qaz sahəsində ixtisaslaşan tanınmış nəşriyyatlar, jurnallar, qəzetlər, informasiya agentlikləri və onlayn media qurumlarının stendləri də nümayiş olunacaq. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.
SOCAR “Baku Energy Week”in baş tərəfdaşı qismində çıxış edir. Tədbirin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında ABB, “ACWA Power”, “Azfen”, “AZEL Systems LLC”, “Baku Steel Company”, bp, CIM, “Gap İnşaat”, “HMS Group”, “HUAWEI”, “Inpex”, INTI, “iMotors”, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, “MVM”,“NewMed Energy”, “Saipem”, “Pasha Bank”, “SLB”, “Türkiye Petrolleri AO”, “TotalEnergies”, “Tekfen Inşaat ve Tesisat,” “Türkiye Petrolleri AO” “Ural Steel” və “XRG” kimi nüfuzlu şirkətlər yer alır. Bundan əlavə, tədbirin intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir. “Deloitte” tədbirin konsultativ tərəfdaşıdır. “Caspian Oil and Gas” sərgisinin rəsmi avtomobili qismində “Imotors MMC” çıxış edir. “Imotors MMC” – JMC markasının Azərbaycandakı rəsmi nümayəndəsidir. JMC – güclü mühərrikləri və dayanıqlı konstruksiyası ilə tanınan Çinin aparıcı pikap və kommersiya avtomobil istehsalçılarındandır. Tədbirlərin rəsmi bankı qismində “Pasha Bank” iştirak edir. 2, 3 və 4 iyun tarixlərində “Koroğlu” metrostansiyasından Bakı Ekspo Mərkəzinə və Bakı Ekspo Mərkəzindən, “Park Bulvar Mall”a xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəliş təmin ediləcək. Bu xidmətin rəsmi sponsoru “Azfen” və “Tekfen” şirkətləridir. 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq. 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş ediləcək.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova