image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-c-2019-isaac-d-pacheco

Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır

image-legitimaz-810x90

Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır.

Hazırkı dövrdə Azərbaycan dövlətinin enerji siyasətində əsas istiqamətlərdən birini “Yaşıl enerji”yə keçid məsələsi təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdirCOP29-un baş icraçı direktoru Elnur Soltanov deyir ki, dünyada “yaşıl enerji”yə keçid prosesi dayandırıla bilməz: “Bu proses artıq geri dönüş nöqtəsini keçib və bizim fəlsəfəmiz “yaşıl enerji”də də söz sahibi olmaqdır”. COP29-un baş icraçı direktoru, həmçinin xatırladıb ki, Azərbaycan rəhbərliyinin qərarı ilə Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan edilib: “COP29 prezidentinin gündəliyindəki maddələrindən biri də “yaşıl enerji” zonasının yaradılmasıdır. “Yaşıl enerji” mənbələri, xüsusilə su ehtiyatları ilə zəngindir. Bu regionda inşa edilən su elektrik stansiyaları onu kifayət qədər elektrik enerjisi ilə təmin edir. Növbədə BP-nin Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi layihəsi gəlir və düşünürük ki, bu barədə COP29-a qədər daha çox eşidəcəyik”. Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev bildirib ki, əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaratmaqdır: “Ekosistemləri bərpa etməklə və davamlı təcrübələri yenidən tətbiq etməklə biz bu torpaqları yaşıl sahələrə çevirməyi hədəfləyirik. Minimum emissiyaları təmin etmək üçün “ağıllı şəhərlər” və “ağıllı kəndlər” kimi innovativ texnologiyalar və yanaşmalardan istifadə edirik”. Yaşıl iqtisadiyyat çərçivəsində potensialımız gələcək illərdə artan trendlə davam edəcək. Bunu nəzərə alaraq yeni yaşıl iqtisadi trayektoriyaların yaradılması da olduqca vacibdir. Dövlətin satınalmalarda karbon izini nəzərə almağa başlaması, yaşıl kreditləşmə, yaşıl vergilərin tətbiqi və bu qəbildən olan digər beynəlxalq praktikanın da yerli şərtlərə uyğunlaşdırılaraq proseslərə inteqrasiyası yaşıl gündəliyə əhəmiyyətli dərəcədə töhfə verə bilər. Dövlət-biznes münasibətləri kontekstində, konkret olaraq vergi istiqamətində karbon emissiyası vergisi ilə yanaşı, həvəsləndirici vergi güzəştləri də nəzərdə tutula bilər. Bu proqramın yaşıl iqtisadiyyat fokuslu Azərbaycan analoqu yaşıl startapların həndəsi silsilə ilə artmasına və onların ölkə sərhədlərindən kənardan da investisiyalar cəlb edərək qlobal unikornlara çevrilməsinə rəvac verə bilər. Bunlarla yanaşı, yaşıl keçid praktikalarının təşkili və idarə olunması üçün ali təhsil müəssisələrinin inzibati bölümlərində “Yaşıl ofis”lərin yaradılması, onların dayanıqlı inkişaf hesabatlarının ardıcıl dərc olunması da zərurət kimi meydana çıxır. Universitetlər həm də məsuliyyətli istehlak və istehsal vərdişlərinin yayılması üçün kurikulumlarda “yaşıl dərslər”in təmsilçiliyini artıra, xaricdən “know-how” transferini stimullaşdırmaq, o cümlədən mövcud insan resursuna yaşıl səriştələr aşılamaq üçün əcnəbi universitetlərlə birgə dövlət və özəl sektor üçün yaşıl sertifikasiya proqramlarının təklif olunması istiqamətində çalışa bilərlər.

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin  Müəllimi Şakir Muradov.

 

 

Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir.

Azərbaycanın enerji sahəsində bu gün qazandığı uğurlar, beynəlxalq miqyasda qazandığı nüfuz və sabit inkişaf xətti birbaşa olaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən baxışları və strateji qərarlarının nəticəsidir. 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisindən dərhal sonra imzalanan və “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi, Azərbaycanın yalnız enerji sektorunda deyil, ümumilikdə geosiyasi xəritədə də yerini və gücünü dəyişdi. Həmin dövrdə ölkənin iqtisadi və sosial vəziyyəti son dərəcə ağır idi-iflic olmuş iqtisadiyyat, vətəndaş qarşıdurmaları, min faizlə ölçülən inflyasiya və yüz minlərlə qaçqın və məcburi köçkün. Lakin Heydər Əliyev bu qaranlıq mənzərəyə baxmayaraq, Azərbaycanın gələcəyini enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıqda görürdü. Bu strateji yanaşma bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq sabit siyasi sistemə və müstəqil iqtisadiyyata malik bir dövlətdir. Neft və qazın ÜDM-dəki payı 30 faizdən artıqdır. Xarici borcun aşağı səviyyədə olması və maliyyə ehtiyatlarının çoxluğu ölkənin dayanıqlığını təmin edir. Enerji siyasətində yalnız hasilat deyil, həm də bərpaolunan enerji mənbələrinə keçid əsas prioritetlər sırasındadır. Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr sayəsində Azərbaycan artıq Avrasiyanın enerji xəritəsində mühüm bir mərkəzə çevrilib. Bu gün ölkəmiz 12 ölkəyə qaz ixrac edir və bu say inkişaf edən xətlə artmaqdadır. Eyni zamanda, yaşıl enerji təşəbbüsləri ilə COP29 kimi qlobal platformalarda lider mövqe nümayiş etdirilir. COP29-un “Bakı sıçrayışı” adlandırılması və İtki və Zərər Fondunun artırılması Azərbaycanın beynəlxalq miqyasda məsuliyyətli aktor kimi tanındığınıgöstərir. Nəticə olaraq, bu uğurların təməli hələ 90-cı illərin əvvəllərində Heydər Əliyev tərəfindən qoyulmuşdu. Onun gələcəyə baxan, qətiyyətli, inamlı və milli maraqlara söykənən siyasəti sayəsində Azərbaycan bu gün təkcə regionun deyil, bütün dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilmişdir. Bu baxış və siyasi uzaqgörənlik bu gün də Azərbaycanın enerji gələcəyinin təminatıdır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Hacızadə Dilarə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki