image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1749815848014

Azərbaycanın uğurlu inkişafı Milli Qurtuluşun təntənəsidir

image-legitimaz-810x90

Azərbaycanın uğurlu inkişafı Milli Qurtuluşun təntənəsidir

Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan, əlamətdar və taleyüklü günlərdən biri məhz 15 iyun Milli Qurtuluş Günüdür. Hələ müstəqilliyini yenicə qazanmış gənc respublikanın xaos, vətəndaş müharibəsi kimi çətin bir vəziyyətlə üz-üzə qaldığı bir dövrdə xalqının çağırışına səs verərək Ümummilli Lider Heydər Əliyevin Bakı şəhərində gəlməsi və Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi müharibə, iqtisadi və sosial tənəzzül astanasında olan ölkəni xilas edərək müstəqilliyin sütunlarını möhkəmləndirmiş oldu. Məhz 15 iyun 1993-cü il tarixindən etibarən Azərbaycanda sabitliyin, təhlükəsizliyin və dövlətçiliyin bərpası prosesi başlanmış oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, təcrübəsi və qətiyyəti sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtuldu, ölkədə hüquqi dövlət quruculuğuna başlanıldı, beynəlxalq münasibətlər bərpa olundu, ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Dahi şəxsiyyətin dərin zəkası, zəngin təcrübəsi nəticəsində 1994-cü ilin mayında atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitliyin formalaşması yolunda atılan addımlar nəticəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yaranmış oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafını təmin etmək üçün beynəlxalq əməkdaşlığa əsaslanan neft strategiyası hazırlanması, 1994-cü ilin sentyabrın 20-də Gülüstan sarayında “Əsrin müqaviləsinin” imzalanması həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm hadisə olmaqla xarici sərmayənin ölkəmizə cəlb olunmasında xüsusi rol oynadı, eyni zamanda Bakı–Tbilisi–Ceyhan kimi qlobal enerji layihələrinin reallaşmasına zəmin yaratdı. Milli maraqlara söykənən, qətiyyətli və çevik xarici siyasəti nəticəsində Azərbaycanı beynəlxalq təcriddən çıxararaq dünyada tanıdan, nüfuzlu dövlətə çevirən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində ölkəmiz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, GUAM və digər qurumlarla əməkdaşlıqları genişləndirməyə başladı. Uğurlu xarici siyasət kursu ilə yanaşı dahi rəhbərin çoxşaxəli, parallel həyata keçirilən daxili siyasəti nəticəsində qısa zaman kəsiyində Azərbaycanda bir çox sahələrdə uğurlu inkişafa nail olundu. 1995-ci ildə ölkənin ilk Konstitusiyasının qəbul olunması ilə demokratik, hüquqi və dünyəvi dövlətin əsaslarının müəyyən olunması, silahlı qüvvələrin formalaşdırılması istiqamətində mühüm işlərin görülməsi, xüsusi ilə ordunun maddi-texniki bazasının gücləndirilməsi və peşəkar zabit korpusunun yaradılması, təhsil sisteminin müasirləşdirilməsi, gənclərin xaricdə təhsil almasına xüsusi önəm verilməsi ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən etmiş oldu. Bu gün Ulu Öndərin müəyyən etdiyi strateji yol dahi şəxsiyyətin ideyaları əsasında Prezident cənab İlham Əliyev tərəfindən uğurla və yüksələn xətlə davam etdirilir. Son illərdə ölkəmiz beynəlxalq arenada nüfuzlu və söz sahibi olan bir dövlətə çevrilməsi, iqtisadi islahatlar, infrastruktur layihələri, beynəlxalq enerji və nəqliyyat layihələrində iştirakımız, eyni zamanda mədəni və humanitar sahədə əldə edilən nailiyyətlər tərəqqimizin əyani göstəriciləridir. Çağdaş tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatlarında Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir qələbə qazanması təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də xalqımızın illərlə davam edən səbri, birliyi və gücünün təntənəsi idi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, sakinlərin doğma yurd-yuvalarına qayıdışı isə Azərbaycanın bu torpaqlarda həyatın tam bərpasına və davamlı inkişafına sadiqliyinin sübutudur. Hazırda Azərbaycan Respublikası sabit, güclü və öz yolunu müstəqil şəkildə müəyyən edən bir dövlətdir. Həyata keçirdiyi balanslaşdırılmış uğurlu xarici siyasət kursu, o cümlədən respublikamızın davamlı inkişafına hesablanmış məqsədyönlü daxili siyasəti nəticəsində ölkəmizi regional güc mərkəzinə çevirən, etibarlı tərəfdaş kimi tanıdan, beynəlxalq platformalarda söz sahibi edən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası gələcəyə doğru inamla addımlayır, qazanılan uğurlar isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamı olaraq Milli Qurtuluşun təntənəsi kimi tarixə yazılır.

İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki