image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-577554654_1385034906309617_5695941651572676026_n

Azərbaycanın tarixi Qələbəsi

image-legitimaz-810x90

Ermənistanın siyasi dairələri güya azərbaycanlıların döyüşə bilməməsi və Ermənistan ordusunun məğlubedilməzliyi barədə mif yaratmışdılar və bu mifə erməni ictimaiyyətindən başqa inanan olmamışdı. Rusiya Fedrasiyasında yaşayan ermənilər özlərini “əsgər xalq”, “döyüşçü xalq” kimi təqdim edirdilər. İkinci Qarabağ Müharibəsində ordumuzun gücü qarşısında darmadağın olan “məğlubedilməz” erməni ordusunda fərarilik adi hala çevrildi. Hakimiyyətin yalan vədləri, uydurma ideyaları ilə illər uzunu aldadılan erməni vətəndaşları kütləvi informasiya vasitələrinə müsahibə verərkən etiraf edirdilər ki, biz qorxaq və yalançı xalq olmuşuq və bu xislətimizi hələdə yaşatmaqdayıq. Birinci Qarabağ müharibəsində ölkəmizdə yaranmış siyasi gərginlikdən istifadə edərək torpaqlarımızı işğal edən erməni silahlılarının unutduğu bir məqam vardı : Azərbaycan xalqı heç vaxt torpaq itkisi ilə barışmayacaq. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə surətlə yenidən qurulan Azərbaycan Ordusu atəşkəs sazişindən sonra yeni inkişaf mərhələsinə keçdi. Bu uzunmüddətli gələcəyə hesablanmış uğurlu siyasi kursun başlanğıcı idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunun yeni inkişaf mərhələsi başladı. Ordumuz müasir silah və texnikalarda təmin olunmaqla yanaşı dünyanın ən mötəbər hərbi məktəblərinə, beynəlxalq xüsusi təyinatlı kurslara kadrlar göndərilməyə başlanıldı. Paralel olaraq xüsusi təyinatlı qüvvələrin və ayrı-ayrı qoşun növlərində xüsusi təyinatlı birləşmələrin yaradılması və inkişafına xüsusi diqqət ayrıldı. Eyni zamanda ölkəmizdə müdafiə sənayesi surətli inkişaf mərhələsinə daxil olmaqla yerli silah və texnikanın istehsalına başlanıldı. Bütün bu proseslər bir məqsəd, bir amal üçün icra olunurdu – ölkəmizin müstəqilliyini möhkəmlətmək və ərazi bütövlüyümüzü bərpa etmək. 2020-ci ilin 27 sentyabr tarixində hücuma keçən düşmən Azərbaycan ordusunun vətən sevgisi, zəfər eşqi ilə müharibə üçün səbrsizliklə hücum əmri gözləməsini bilmirdi. Öz “məğlubedilməzlik” nağıllarına inanan düşmənin bu hücumuna isə ordumuz əks hücum əməliyyatı ilə cavab verdi və qısa müddət ərzində Ermənistan ordusu darmadağın edildi. 27 sentyabrda başlayan əks hücum əməliyyatın noyabr ayının 9-u yekunlaşdı. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə 286 kənd işğaldan azad edildi. Tarixi Qələbəmizdə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Fizuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kənd, Xocavənd rayonunun Hadrud qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi həmçinin Ağdərə və Murovdağ istiqamətində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və adsız yüksəkliklər azad olundu. Bu tarixi Qələbəmizi Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz siyasi iradəsi, ordumuzun gücü, igidliyi, xalqımızın birliyi sayəsində qazanaraq dövlətimizin gücünü dünyaya nümayiş etdirdik. Bu yolda canından keçən Şəhidlərimizə Allah rəhmət eləsin. Allah ordumuzu hər zaman müzəffər etsin.

 

  1. Zərdabi adına Əlvənd kənd tam orta məktəbinin direktoru E. Xəlilov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki