Azərbaycanın regional və qlobal iqtisadi üstünlükləri neft-qaz sektoruna əsaslanır, lakin ölkə həm də tranzit və logistika potensialına, aqrar sahədəki inkişafına və qeyri-neft sektorunun inkişafına görə regional gücə malikdir. Qlobal miqyasda isə bu, strateji coğrafi mövqe və beynəlxalq iqtisadi əlaqələrlə güclənir. Son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf, aparılan məqsədyönlü islahatlar və həyata keçirilən strateji layihələr ölkəmizin beynəlxalq diqqət mərkəzinə çevrilməsində mühüm rol oynayır. Dövlətin iqtisadi siyasəti uzunmüddətli sabitliklə yanaşı, rəqabətqabiliyyətli bazar münasibətlərinin formalaşmasına, qeyri-neft sektorunun inkişafına və dayanıqlı artım modelinin qurulmasına xidmət edir.Məhz bu səbəbdən də Azərbaycan bu gün regionun iqtisadi liderlərindən biri kimi tanınır və xarici investorların diqqətini özünə cəlb edir.
Regional və qlobal əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi artıq bir ənənəyə çevrilib.İlk növbədə, bu, Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun və diplomatik fəallığının göstəricisidir. Azərbaycan bu proseslərdə fəal iştirak etməklə həm də regional məsələlərin həllində təşəbbüskar mövqeyini nümayiş etdirir.
Zərdab rayonu Yarməmmədbbağı kənd sakini Qasımova Mahirə Abahan qızı


























