image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1746596693_174653246811211210776819f8743faf1

Azərbaycanda musiqiçilər toy üstündə DALAŞDI – QAN TÖKÜLDÜ

image-legitimaz-810x90
Ağdaşda musiqiçilər arasında toy sifarişi ilə bağlı dava düşüb.
Ötən gecə Ağdaş rayonu ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.
Hər ikisi musiqiçi olan şəxslərin arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub. Sonuncunun hadisə zamanı sərxoş olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki