image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-245818_t1man7e97c

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir

image-legitimaz-810x90

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir.

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev mərasimdə çıxış edib. Prezident İlham Əliyevin iştirakı ilə hər ilin sonunda ənənəvi olaraq idman yekunlarına həsr olunan mərasimin keçirilməsi beynəlxalq aləmdə idman ölkəsi kimi tanınan ölkəmizdə artıq ənənə halı alıb. Dövlətimiz tərəfindən idmanın inkişafına göstərilən qayğı, gənclərimizin sağlam ruhda böyüməsinə yönələn tədbirlər və beynəlxalq idman yarışlarında qazanılan uğurlar, eyni zamanda Azərbaycanın mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsi 2025-ci ilin yekunlarını xarakterizə edir. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Bu gün bütün sahələr kimi, idman sahəsində də Azərbaycanda sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir. Son illərdə regionlarda tikilən və yenidən qurulan idman kompleksləri yerlərdə idmanın kütləviləşməsinə mühüm töhfə verir, gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır. Paytaxt və bölgələrdə müasir idman arenalarının istifadəyə verilməsi beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradır. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilib. İdman infrastrukturu sıfırdan qurulub və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Tarixi Zəfərimizin təntənəsi ilə yaşayan idmançılarımız beş ildir qalib Azərbaycanı təmsil etməkdən qürur hissi keçirirlər. Döyüş meydanlarında əldə edilmiş Qələbənin idman yarışlarında da özünü ifadə etməsi üçün səylərini daha da artırırlar. Prezident İlham Əliyev sözügedən mərasimdə də bu məqamı xüsusi vurğulayıb: “Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk”.

Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. 2026-cı il üçün “Dünya İdman Paytaxtı” elan olunması isə Azərbaycanın idman sahəsində qazandığı uğurların növbəti təqdimatıdır. Bu günədək çoxlu sayda beynəlxalq yarışlara ev sahibliyi edən Bakını növbəti ildə daha möhtəşəm yarışlar gözləyir.

Zərdab rayonunun Əlibəyli kənd sakini, gənc fəal-Səid Nadirov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki