image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-01-mgbjv1xkhn0arq59ls8p

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir

image-legitimaz-810x90

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir

Müasir dövrdə idmanın inkişafı yalnız sağlam həyat tərzinin təşviqi deyil, eyni zamanda ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, gənclərin fiziki və mənəvi tərbiyəsi, milli birliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda idmanın inkişafı məhz bu strateji yanaşma əsasında dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmiş və bu sahədə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasəti Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə idman sahəsində sistemli islahatlar aparılmış, normativ-hüquqi baza təkmilləşdirilmiş, maddi-texniki təminat gücləndirilmişdir. Bu siyasətin əsas məqsədi ölkədə kütləvi idmanın inkişafı, peşəkar idmançıların hazırlanması və Azərbaycanın beynəlxalq idman arenalarında layiqincə təmsil olunmasıdır.

Son illər ərzində Azərbaycanda idman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də müasir idman obyektləri inşa edilmiş, idman zalları, stadionlar, üzgüçülük hovuzları və Olimpiya İdman kompleksləri istifadəyə verilmişdir. Bu gün ölkənin bütün regionlarında əhalinin, xüsusilə gənclərin idmanla məşğul olması üçün hərtərəfli şərait yaradılmışdır. Bu, dövlətin bölgələrin sosial-iqtisadi inkişafına verdiyi xüsusi diqqətin bariz nümunəsidir.

2025-ci ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin tikintisinin başa çatdırılması idman infrastrukturunun inkişafında mühüm mərhələ olmuşdur. Bununla da bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman komplekslərinin sayı 46-ya çatmışdır. Bu komplekslər yalnız idman yarışlarının keçirilməsi üçün deyil, eyni zamanda idmançıların peşəkar hazırlığı, uşaqların və gənclərin sağlam ruhda böyüməsi üçün mühüm mərkəzlərə çevrilmişdir.

İdman sahəsində həyata keçirilən dövlət proqramları nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenada böyük uğurlar qazanmış, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin bayrağını dəfələrlə zirvələrə qaldırmışlar. Bu nailiyyətlər təsadüfi deyil, uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. İdmançılarımızın qələbələri gənc nəslə stimul verir, vətənpərvərlik ruhunu gücləndirir və cəmiyyətdə idmana marağı daha da artırır.

Xüsusi vurğulanmalıdır ki, idmanın inkişafı təkcə peşəkar idmanla məhdudlaşmır. Azərbaycanda kütləvi idmanın təşviqi, sağlam həyat tərzinin formalaşdırılması dövlət siyasətinin əsas hədəflərindəndir. Məktəblərdə idman dərslərinin keyfiyyətinin yüksəldilməsi, uşaq-gənclər idman məktəblərinin fəaliyyəti, regionlarda idman tədbirlərinin təşkili bu istiqamətdə atılan mühüm addımlardandır.

Nəticə etibarilə, Azərbaycanda idmanın inkişafı sistemli, ardıcıl və strateji xarakter daşıyır. Dövlətin güclü dəstəyi, yaradılmış müasir infrastruktur və gənclərə göstərilən diqqət ölkəmizin gələcəkdə də böyük idman uğurlarına imza atacağına əminlik yaradır. İdman sahəsində əldə olunan nailiyyətlər Azərbaycanın güclü, sağlam və dinamik cəmiyyət qurmaq əzmini bir daha təsdiqləyir.

 

Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki