image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-631815773_1456570759156031_5742843334659882158_n

Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq

image-legitimaz-810x90

Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq.

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar göstərdi ki, Bakı ilə Vaşinqton arasında qarşılıqlı hörmət və tərəfdaşlığa əsaslanan münasibətlər yeni mərhələyə qədəm qoyur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin mətbuata açıqlamasında qeyd etdi ki,  “Cənab Vitse-prezidenti Azərbaycanda rəsmi səfərdə salamlamaq bizim üçün böyük şərəfdir. Bu gün bizim ikitərəfli gündəliyin bir çox məsələlərini əhatə edən əla söhbətimiz oldu. Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.” Bu fikirlər əməkdaşlığın mahiyyətini və perspektivlərini aydın şəkildə ifadə edir.

Azərbaycan ABŞ ilə münasibətlərə hər zaman strateji baxımdan yanaşıb. Ölkəmiz beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu sahədə ABŞ ilə əməkdaşlıq uzun illərə söykənir. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılması, Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib. ABŞ administrasiyasının bu proseslərə müsbət və konstruktiv yanaşması münasibətlərin inkişafına əlavə stimul verir.

Səfər zamanı regional təhlükəsizlik və sabitlik məsələləri də diqqət mərkəzində olub. Azərbaycan post-münaqişə dövründə bölgədə davamlı sülhün təmin olunması üçün fəal təşəbbüslərlə çıxış edir. Cənab Prezident İlham Əliyev həmişə qeyd edib ki, regionda uzunmüddətli sabitliyin bərqərar olması üçün beynəlxalq tərəfdaşların obyektiv və ədalətli mövqeyi mühüm əhəmiyyət daşıyır.

İqtisadi əməkdaşlıq da ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir. Azərbaycanda formalaşmış əlverişli investisiya mühiti, qeyri-neft sektorunun inkişafı və nəqliyyat-logistika imkanlarının genişlənməsi ABŞ şirkətləri üçün yeni perspektivlər açır. Xüsusilə yaşıl enerji, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş potensial mövcuddur. Bu əməkdaşlıq yalnız iqtisadi fayda deyil, həm də texnologiya və təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.

Azərbaycan müstəqil və balanslı xarici siyasət kursunu davam etdirərək, bütün tərəfdaşları ilə bərabərhüquqlu münasibətlər qurmağa üstünlük verir. ABŞ-ın Azərbaycana nümayiş etdirdiyi müsbət münasibət isə bu siyasətin uğurlu nəticəsidir.

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri və səfər çərçivəsində verilən bəyanatlar göstərir ki, Bakı ilə Vaşinqton arasında əməkdaşlıq geniş perspektivlərə malikdir. Qarşılıqlı hörmət və ortaq maraqlar əsasında qurulan bu münasibətlər regional sabitliyə, iqtisadi inkişafa və beynəlxalq təhlükəsizliyə töhfə vermək potensialına malikdir.

 

Ruxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki