AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Xeberaz.info xəbər verir ki, tədbir 18 Oktaybr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü və 29 Oktyabr – Türkiyə Respublikasının Cümhuriyət Gününə həsr olunub.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin, Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) İdarə Heyətinin üzvü Hulusi Kılıçın, Milli Məclisin deputatı, Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyevanın, Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin müşaviri Yücel Karauzun, Türkiyənin ölkəmizdəki səfirliyinin müşaviri Cihangir İşbilirin məruzələri dinlənilib.